Serbiya əhalisi miqrasiya səbəbindən azalır
Belqrad, 21 oktyabr, AZƏRTAC
Avropa İttifaqı dövlətlərinə miqrasiya Serbiyada əhalinin sayına təsirsiz ötüşmür.
AZƏRTAC xəbər verir ki, Serbiya Statistika İdarəsi ötən on ildə ölkədən mühacirət edənlərin sayının təxminən 300 min nəfər olduğunu açıqlayıb. Hər il Serbiyadan orta hesabla 15-50 min insanın mühacirət etdiyi bildirilir.
Mütəxəssislər Qərbi Avropa ölkələrinə miqrasiyaya görə Serbiyanın hər il bir şəhərin əhalisi qədər gənc və savadlı vətəndaşını itirdiyini qeyd edirlər. Gənc və təhsilli əhalinin itirilməsi isə bu vətəndaşların təhsilinə qoyulan sərmayələr və onların ölkənin ümumi daxili məhsuluna potensial töhfələri nəzərə alınmaqla, Serbiyaya hər il 2,5-3 milyard avro ziyan vurur.
Analoji vəziyyət Bosniya və Herseqovinada da müşahidə olunur. 2013-cü ildəki siyahıyaalmadan sonra Bosniya və Herseqovinanı yarım milyon insanın tərk etdiyi bildirilir. Bu səbəbdən Bosniya və Herseqovinanın 2070-ci ilə qədər əhalisinin yarısını itirəcəyi proqnozlaşdırılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]