Serbiya XİN: Bosniya və Herseqovinada bərabərhüquqluların dialoquna inanırıq
Sarayevo, 24 may, AZƏRTAC
Serbiya Bosniya və Herseqovinada bərabərhüquqluların dialoquna inanır.
AZƏRTAC xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç ABŞ-ın Ohayo ştatında Deyton sülh müqaviləsinin 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
“Davamlı sülh dövlətin daxili strukturuna məhəl qoymayan mərkəzləşdirmə cəhdləri ilə deyil, yalnız qarşılıqlı hörmətdən qaynaqlana bilər. Bosniya və Herseqovinanın mərkəzləşdirilməsinə yönəlmiş istənilən cəhd potensial olaraq ölkədə sabitliyi poza bilər. Bosniya və Herseqovina monoetnik dövlət deyil. İrəliyə doğru yeganə davamlı yol, onun unikal strukturuna və tərkib hissəsi olan muxtariyyətə hörmət etməkdir”, - deyə Serbiya XİN rəhbəri bildirib.
Xatırladaq ki, 1995-ci il dekabrın 14-də Deyton sülh müqaviləsi elan edilməsi ilə Bosniya və Herseqovinada müharibəyə son qoyulub. Ölkə əhalisinin əksəriyyətini xorvatlar və bosniyalılar təşkil edən Bosniya və Herseqovina Federasiyası, serb əhalinin cəmləşdiyi Serbska Respublikası və xüsusi statusa malik Brçko bölgəsindən ibarətdir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]