Serbiyada Kosovo nömrə nişanlı avtomobillərin hərəkətinə icazə verilib
Belqrad, 26 dekabr, AZƏRTAC
Serbiya hökuməti Kosovo dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin ölkə ərazisində sərbəst hərəkətinə icazə verib.
AZƏRTAC xəbər verir ki, bu qərar 2024-cü il yanvarın 1-dən qüvvədə olacaq. Beləliklə, Kosovo nömrə nişanlı avtomobillər bütün sərhədlərdən və inzibati keçidlərdən sərbəst hərəkət edə biləcək.
Qeyd edək ki, Kosovoda daha çox serblərin yaşadığı bölgələrdə Serbiya qurumları tərəfindən verilən və Kosovo şəhərlərini simvolizə edən dövlət nömrə nişanlarının dəyişdirilməsi prosesi çərçivəsində indiyədək 4300-dək Kosovo serbi Kosovoya məxsus yeni avtomobil nömrəsi alıb.
Kosovonun şimalında Serbiya dövlət nömrə nişanlı təxminən 10 min avtomobilin olduğu bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]