Serbiyada növbədənkənar parlament seçkiləri keçirilə bilər
Belqrad, 4 noyabr, AZƏRTAC
Serbiyada parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi gündəmdədir.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.O bildirib ki, hazırkı parlamentin səlahiyyət müddəti 2027-ci ilin dekabrında başa çatır.
Serbiya Prezidenti parlamentə seçkilərin həmin tarixdən əvvəl baş tutacağını istisna etməyib. Deyib ki, bu barədə səlahiyyətli qurumlar qərar verəcək.
Aleksandar Vuçiç bu addımın ölkədə son bir ildə davam edən kütləvi aksiyalar fonunda atılacağını, həmçinin əksəriyyəti tələbələr olan nümayişçilərlə də bu məsələnin müzakirə ediləcəyini deyib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]
Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
- 23.09.2026 [08:53]