SƏRHƏD BÖLGƏSİNDƏ YENİ KÖRPÜNÜN TİKİNTİSİNƏ HAZIRLIQ GÖRÜLÜR
Son bir neçə ildə Gədəbəydə 10-a yaxın körpü inşa edilmişdir. Bu günlərdə isə daha bir körpünün tikintisinə başlanılacaqdır. Sərhəd bölgəsi olan Şınıxdakı Axınca çayı üzərində 75 metr uzunluğunda yeni körpü salınacaq.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni körpü ağır texnika üçün nəzərdə tutulmuşdur.