SƏRMAYƏ MÜSABİQƏLƏRİ ELAN OLUNMUŞDUR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti “Qəbələ Sənaye İstehsal”, “Şəki İpək” və “Mingəçevir Texniki Rezin” səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi ilə bağlı sərmayə müsabiqələri elan etmişdir.
İndiyədək 38 müəssisə və obyektin satışı üzrə keçirilmiş sərmayə müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 416 milyon ABŞ dollarından çox vəsait qoyuluşu nəzərdə tutulmuşdur. Belə müəssisələrə müsabiqə qalibləri tərəfindən indiyədək 200 milyon ABŞ dollarından çox sərmayə yönəldilmiş, dövlət büdcəsinə 57 milyard manat ödənilmişdir.
İndiyədək sərmayə müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə vəsait qoyulması nəticəsində 9 min 500-ə yaxın iş yeri açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]