ŞERON STOUN QİÇS-LƏ MÜBARİZƏ ÜÇÜN 4 MİLYON DOLLAR TOPLAMIŞDIR
Mayın 25-də keçirilən xeyriyyə gecəsində Hollivud ulduzu Şeron Stoun sədrlik etmişdir. Belə mərasimlərə ənənəvi olaraq başçılıq edən Teylor səhhətinə görə üçüncü ildir Kanna gələ bilmir.
Qəbulda 700-dən çox qonaq, o cümlədən rejissor Sofi Koppola, dizayner Con Qalyano, kinoprodüser Harvey Vaynşteyn və milyarder Stavros Niakros iştirak etmişlər. Bu cür tədbirdə “Şanel”, “Kristian Dior”, “Lui Vitton”, “Fendi”, “Armani”, “Ferre” kimi məşhur dizayner evləri ilk dəfə təmsil olunmuşdular.
Kannda olan Elton Con - o, xəstələndiyindən tədbirə gələ bilməmişdi - özünün məşhur qırmızı pianosunu satışa çıxarmışdır. Piano 230 min dollara satılmışdır. Nəticədə bir gecədə 4 milyon dollardan çox vəsait toplanmışdır.
AmfAR Fondu 1985-ci ildə Elizabet Teylor tərəfindən yaradılmışdır. O vaxtdan bəri fond 233 milyon dollar toplamışdır. Bu pullar QİÇS-lə mübarizəyə yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]