Sərt karantin rejiminin qüvvəyə minməsindən sonra sükuta qərq olan Bakı - FOTOREPORTAJ
Bakı, 7 iyun, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı, Lənkəran, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda tam hərəkət qadağası tətbiq edilib. İyunun 6-dan 8-dək insanlara küçəyə çıxmaq qadağan edilib, nəqliyyat və mağazaların fəaliyyəti dayandırılıb. Bu tədbirlər Azərbaycanda koronavirusa yoluxma sürətinin səngiməsi məqsədilə atılır.
AZƏRTAC-ın fotomüxbirinin paytaxtın müxtəlif yerlərindən lentə aldığı fotoşəkillər daima sıxlıq müşahidə olunan küçə və prospektlərdə sərt karantin rejiminə tam riayət olunduğunu göstərir.