Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 304 milyon manatı ötüb

Naxçıvan, 13 yanvar, AZƏRTAC

Yanvarın 13-də “2025-ci ildə Şərur rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev, rayon icra hakimiyyətinin başçısının müavinləri, rayonun idarə və müəssisə, təşkilat rəhbərləri Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Şərur Rayon Mədəniyyət Sarayında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov rayonun ötən ili uğurla başa vurduğunu bildirərək qeyd edib ki, 2025-ci ildə rayonun yerli büdcəsinin gəlirləri 8 milyon 980 min manat proqnoza qarşı 9 milyon 377 min 30 manat, xərcləri isə 7 milyon 595 min manat proqnoza qarşı 5 milyon 970 min 514 manat icra edilib. Vergi ödənişləri ötən il 9 milyon manat proqnoza qarşı 9 milyon 333 min 229 manat, Dövlət Sosial Müdafiə Fondu ödənişləri 12 milyon 171 min 576 manat, işsizlikdən sığorta ödənişləri 462 min 970 manat, icbari tibbi sığorta ödənişləri isə 2 milyon 41 min 86 manat icra olunub.

Sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verən Kamal Cəfərov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tətbiq olunan güzəştlər Şərurda özəl sektorun inkişafına təkan verib. Hazırda rayon üzrə ümumilikdə dövlət qeydiyyatına alınmış 1000-dən artıq sahibkarlıq subyekti fəaliyyət göstərir. Ötən il Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ümumilikdə 49 layihəyə 1 milyon 482 min 500 manat dəyərində güzəştli kredit ayrılıb. Onlardan 44-ü kənd təsərrüfatı, 2-si sənaye istehsalı, 3-ü isə xidmət sektorunun inkişafına yönəldilib. Dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin inkişafına və genişləndirilməsinə göstərilən dəstək nəticəsində 2025-ci ildə Şərur rayonunda 27 yeni iş yeri fəaliyyətə başlayıb. 2025-ci ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 304 milyon manatı ötüb. Belə ki, kənd təsərrüfatında 159 milyon, ticarət, nəqliyyat və anbar təsərrüfatında 97 milyon, sənayedə 25 milyon, tikintidə 20 milyon, informasiya və rabitə sahəsində isə 819 min manat qeydə alınıb. Xüsusilə 2024-cü illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlərdə 12,6 faiz, kənd təsərrüfatı-bitkiçilik istehsalında 0,9 faiz, pərakəndə ticarət dövriyyəsində 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə 0,4 faiz, yük daşınmalarında 1,1 faiz, sərnişin daşınmalarında isə 1,2 faiz artım müşahidə olunub.

İcra hakimiyyətinin başçısı dövlət satınalmaları, əhalinin sosial müdafiəsi və məşğulluğu, təhsil, səhiyyə, ekoloji, mədəniyyət və digər sahələr üzrə görülmüş işlər, investisiya vəsaiti hesabına və Dövlət Proqramı çərçivəsində icra olunan layihələr barədə ətraflı məlumat verib, 2026-cı ildə icrası nəzərdə tutulan işlərdən bəhs edib.

Yeni Azərbaycan Partiyasının Şərur Rayon Təşkilatının sədri Əmir Babayev və 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi Rəfail Əliyev müvafiq sahələr üzrə ötən ilin yekunları barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsində səsləndirdiyi fikirləri diqqətə çatdıraraq qeyd edib ki, ölkədə həyata keçirilən dövlət siyasəti insan amilinə əsaslanır və vətəndaşların sosial rifahının yüksəldilməsi strateji məqsəd kimi daim diqqət mərkəzində saxlanılır. Qeyd olunub ki, dövlətimizin başçısı son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlardan, əməkhaqları, pensiyalar və sosial müavinətlərin mütəmadi şəkildə artırılmasından, sosial paketlərin əhatə dairəsinin genişləndirilməsindən bəhs edib.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirədə verilən tapşırıq və tövsiyələrdən bəhs edən Samir Seyidəhmədli vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasındakı mövcud vəziyyət nəzərə alınaraq, aparılmış müzakirələrin nəticəsi olaraq problemlərin kompleks və uzunmüddətli həllinə yönəlmiş tədbirlərin ilkin layihəsi artıq hazırlanıb. Qarşıdakı dövrdə regionlarda icra edilən layihələrə məsuliyyətlə yanaşılması, mərkəzi və yerli icra strukturları arasında əlaqələndirmənin gücləndirilməsi, dövlətimizin başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq daha çevik, nəticəyönümlü idarəetmənin təmin edilməsi zəruri və prioritet vəzifələr kimi müəyyənləşdirilir.

Səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində iqtisadi fəallığın stimullaşdırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması məqsədilə cari ilin əvvəlindən etibarən 10 il müddətinə muxtar respublikanın müvafiq sahibkarlıq subyektləri üçün vergi və gömrük rüsumlarından azadolmaların tətbiqinə, habelə sosial sığorta ödənişlərinin subsidiyalaşdırılmasına başlanılıb. Bu mexanizmlər regionda investisiya cəlbediciliyinin artırılmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Eyni zamanda, Dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq Naxçıvan Sənaye Parkının yaradılması, yeni istilik elektrik stansiyasının inşası, elektrik paylayıcı şəbəkəsinin yenidən qurulması, Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi kimi mühüm sosial-iqtisadi layihələr icra olunur. Bu baxımdan Dövlət Proqramının uğurlu icrası məqsədilə müvafiq dövlət qurumları tərəfindən konkret tədbirlərin planlaşdırılması, icra mexanizmlərinin gücləndirilməsi və nəticəyönümlü fəaliyyətin təmin edilməsi zəruridir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyev tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin uğurlu nəticələrindən bəhs edib. Bildirib ki, son 5 ildə beynəlxalq aləmdə günü-gündən artan nüfuz, aparılan çoxşaxəli islahatlar, yeni infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın tarixi nailiyyətləridir. 2025-ci ildə Azərbaycanın valyuta ehtiyatları 80 milyard dollar, xarici borcu isə aşağı düşərək ümumi daxili məhsullara nisbətdə 6,3 faiz təşkil edib. Valyuta ehtiyatları xarici borcu 16 dəfə üstələyib.

Çingiz Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının inkişafı üzrə həyata keçirilən layihələr regionun strateji əhəmiyyətini artırır və onu beynəlxalq nəqliyyat logistika şəbəkəsinin vacib həlqəsinə çevirir. Zəngəzur dəhlizinin rellaşdırılması çərçivəsində yeni nəqliyyat xətlərinin inşası həm Türkiyəyə və Avropaya, həm də Yaxın Şərqə çıxışı təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması ilə Şimal-Cənub və Orta Dəhliz marşrutları mühüm bir qolu formalaşacaq. Eyni zamanda, Qars-Naxçıvan dəmir yolunun Türkiyə dəmir yolu şəbəkəsinə inteqrasiyası və İran üzərindən alternativ bağlantının yaradılması Naxçıvanı ölkənin əsas hissəsi ilə dayanıqlı əlaqəsini təmin edəcək. Paralel olaraq hazırlanan Baş plan çərçivəsində yaşıl enerji, kənd təsərrüfatı, suvarma və turizm sahələrinin inkişafı Naxçıvanı sürətli və balanslı regional inkişaf modelinə çevirəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib