Şərur rayonunda fərdi yaşayış evində yanğın olub
Naxçıvan, 10 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bu gün gecə saatlarında Şərur rayon Çomaxtur kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 120 kvadratmetr olan fərdi yaşayış evinin 12 kvadratmetr mətbəx hissəsinin tavanı, çardağı içərisindəki əşyalarla birlikdə yanıb, 108 kvadratmetr hissəsi (3 otaq) içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.