Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Diyadin kəndi abad yaşayış məntəqəsinə çevrilib

Naxçıvan, 8 oktyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası 90 illik yubileyini sosial-iqtisadi sahədə qazanılan yüksək nailiyyətlər, həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri ilə qeyd edir.

“Muxtariyyət ili” olan 2014-cü ildə də muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində kompleks abadlıq-quruculuq işləri görülür. Həyata keçirilən quruculuq tədbirləri muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunun simasını da tamamilə dəyişib. Bu gün təkcə Şərur şəhəri deyil, rayonun kəndləri də quruculuq tədbirləri sayəsində müasir görkəm alıb, sakinlərin rahat və firavan yaşayışı təmin olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 8-də Şərur rayonunun Diyadin kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Diyadin kəndində yeni məktəb

binasının açılışı olub

Oktyabrın 8-də Diyadin kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru Muxtar Ələkbərov çıxış edərək deyib ki, yeni binanın istifadəyə verilməsi ilə Diyadin kənd tam orta məktəbinin maddi-texniki bazası xeyli gücləndirilib. Məktəb binasında yetişməkdə olan nəslin təlim-tərbiyəsi üçün bütün imkanlar yaradılıb. Görülən bu işlər muxtar respublikada təhsilin inkişafına göstərilən qayğı kimi məktəbin kollektivini səylə, təşəbbüskarlıqla işləməyə ruhlandırır.

Muxtar Ələkbərov yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Diyadin kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Təhsil sistemi hər bir ölkənin milli sərvətidir. Təhsil sistemini düzgün qurmadan, bu sahədə islahatlar həyata keçirmədən ümumi inkişafı təmin etmək mümkün deyil. Bu gün müasir dünyada hər bir dövlətin sərvəti yalnız onun yeraltı və yerüstü resursları ilə deyil, həm də malik olduğu müasir təhsil sistemi ilə ölçülür. Bu məsələnin vacibliyini nəzərə alan ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil sahəsində əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir”.

Ali Məclisin Sədri deyib: Müasir təhsil sisteminin qurulması dünya təhsil sisteminə inteqrasiyada vacib şərtdir. Bu istiqamətdə Azərbaycanda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ardıcıl tədbirlər həyata keçirilir, təhsil sisteminin maddi-texniki bazası gücləndirilir. Bu gün sərhəd kəndi olan Diyadində istifadəyə verilən yeni məktəb binası da təhsil quruculuğu sahəsində görülən işlərin tərkib hissəsidir. Məktəbdə müasir tədris şəraiti yaradılıb, internetə çıxışı olan kompyuter dəstləri, elektron lövhələr, laboratoriyalar və digər təhsil avadanlıqları kollektivin istifadəsinə verilib. Məktəb pedaqoji kadrlarla tam təmin olunub. Bütün bunlar tədrisin günün tələbləri səviyyəsində qurulmasına, eləcə də gələcəkdə məktəbin nailiyyətlərinin artırılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Məktəbdə nailiyyətləri artırmaq üçün ilk növbədə nizam-intizam yaradılmalı, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq prinsipləri üzərində qurulmalıdır. Müəllim nüfuzu qorunmalı, pedaqoji kollektiv daha məsuliyyətlə çalışmalı, vəzifələrini layiqincə yerinə yetirməlidir. Təhsilli və vətənpərvər gənclik hər bir ölkənin gələcəyidir. Müəllimlərin qarşısında ölkəmizin gələcəyini yetişdirmək kimi mühüm bir vəzifə durur. Ona görə də pedaqoji kollektiv şagirdlərlə fərdi qaydada məşğul olmalı, təhsilli və vətənpərvər gənc nəslin yetişdirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait, təhsil işçilərinə göstərilən qayğı bu vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəkdir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Bildirilib ki, 1995-ci ildən ümumi orta məktəb kimi fəaliyyətə başlayan təhsil ocağına şagird və müəllim kontingentinin artması ilə əlaqədar 2014-2015-ci tədris ilindən etibarən tam orta məktəb statusu verilib. Üçmərtəbəli binada hərtərəfli tədris şəraiti yaradılıb, 2-si elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompyuter, şahmat və müəllimlər otaqları, kitabxana və idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb.

Məktəbin kitabxana fondunda 2 mindən çox kitab vardır. Kitabxana dərsdənkənar mütaliə üçün lazım olan ədəbiyyatlarla tam təmin olunub.

Bu ildən Diyadin kənd tam orta məktəbi də elektron təhsilə keçəcəkdir. Kompyuter otağındakı kompyuterlər sürətli internet şəbəkəsinə qoşulub. Elektron lövhəli siniflərdə yaradılan şərait isə dərslərin müasir informasiya texnologiyaları əsasında keçirilməsinə imkan verəcəkdir. Eyni zamanda, hər bir fənnə aid xüsusi multimedia proqramlarından istifadə şagirdlərin müasir texnologiyalardan istifadə bacarıqlarına yiyələnməsinə geniş imkanlar açacaqdır.

Elektron lövhəli sinfə baxış zamanı Ali Məclisin Sədri muxtar respublikanın 58 ümumtəhsil məktəbi ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi arasında videobağlantı vasitəsi ilə “Bəşər silvizasiyasının ilk beşiyi: Naxçıvanqala” mövzusunda keçirilən dərsi izləyib.

Kimya-biologiya və fizika laboratoriyaları müasirlik və təchizat baxımından diqqəti cəlb edir. Laboratoriyaların hər birində təcrübə avadanlıqları quraşdırılıb, əlverişli tədris-təcrübə mühiti yaradılıb. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə isə biliklərin müasir texnologiyalar əsasında möhkəmləndirilməsinə kömək edəcəkdir.

Uşaqların əqli inkişafına xidmət edən mühüm vasitə kimi şahmatın tədrisi vacib məsələdir. Son illər ümumtəhsil məktəblərində şahmatın tədrisinə diqqətin artırılması da bu məqsədə xidmət edir.

Diyadin kənd tam orta məktəbində də şahmat sinfi istifadəyə verilib. Sinif otağı şahmat masaları, maqnitli lövhələr və digər əyani vasitələrlə təmin olunub.

Məktəbdəki idman zalı və açıq idman qurğuları, hərbi kabinə yüksək intellektual səviyyəyə malik, fiziki cəhətdən sağlam və vətənpərvər gənclərin yetişdirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı qeyd edib ki, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsi üçün məktəbdə hər cür şərait yaradılıb, müasir texnologiyalar və tədris avadanlıqları quraşdırılıb. Müəllimlər yaradılanlardan səmərəli istifadə etməli, şagirdlərin gələcək peşə seçiminə diqqəti artırmalıdırlar. Bu gün ölkəmizdə pilləli təhsil sistemi tətbiq olunur. Ona görə də gənclərin ali təhsil alması ilə yanaşı, onların peşə təhsilinə istiqamətləndirilməsi də daim nəzarətdə saxlanılmalıdır. O gənc dövlət və xalq üçün faydalıdır ki, onun peşəsi vardır. Ali təhsillə yanaşı, peşə təhsilinin əsası da ümumtəhsil məktəblərində qoyulur. Pedaqoji kollektivlər bütün bunları daim diqqət mərkəzində saxlamalı, ölkəmiz üçün vətənpərvər və intellektli kadrlar hazırlanmalıdır.

Məktəbin müəllimləri Diyadin kəndində istifadəyə verilən məktəb binasını muxtar respublikada təhsilin inkişafına göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirib, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində səylə çalışacaqlarına söz veriblər.

Məktəbin həyətində də abadlıq işləri görülüb, fərdi qazanxana quraşdırılıbdır.

Kənd Mərkəzində müasir

iş şəraiti yaradılıb

Kənd mərkəzləri Naxçıvanın müasir kənd modelini özündə təcəssüm etdirən obyektlərdəndir. Sakinlərin zəruri sosial xidmətlərlə təminatının mərkəzləşmiş qaydada təşkilinə şərait yaradan bu mərkəzlərin inşası cari ildə də davam etdirilir.

Oktyabrın 8-də Diyadin kəndində yeni kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzinin açılışını edib, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində kitabxana, klub, rabitə evi, 55 yerlik iclas zalı, polis sahə və feldşer-mama məntəqələri, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün müasir iş otaqları vardır. Mərkəzdə klub və kitabxananın istifadəyə verilməsi sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcəkdir. Kitabxana fondunda 3 min 659 kitab saxlanılır.

Quruculuq tədbirləri çərçivəsində kənddə müasir rabitə sistemi qurulub. Rabitə evində müasir elektron tipli ATS qurulub, əhaliyə bank xidmətinin göstərilməsi təmin edilib. Həmçinin burada post-terminal qoyulub, kommunal xidmət haqlarının poçt şöbəsi vasitəsilə ödənilməsinə başlanılıb.

Yeni Azərbaycan Partiyası Diyadin kənd ərazi ilk təşkilatının iş otağına baxış zamanı bildirilib ki, kənddə 41 nəfər Yeni Azərbaycan Partiyasının üzvüdür. Onlardan 19-u gənc, 5-i isə qadındır.

Kənddə tibb xidməti günün tələbləri səviyyəsində təşkil olunacaqdır. Feldşer-mama məntəqəsində mama və manipulyasiya otaqları istifadəyə verilib, otaqların hər biri müasir avadanlıq və bütün lazımı dərman vasitələri ilə təchiz edilib.

Bildirilib ki, əhalinin sağlamlığının qorunması vacib məsələdir. Ona görə də tibb işçiləri yaradılan şəraitdən səmərəli istifadə etməli, insanlara nümunəvi səhiyyə xidməti göstərməlidirlər.

Diyadində yeni xidmət mərkəzi

istifadəyə verilib

Oktyabrın 8-də Diyadin kəndində yeni xidmət mərkəzi də istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılışı bildirən lenti kəsib, xidmət mərkəzi ilə tanış olub.

Bildirilib ki, xidmət mərkəzinin fəaliyyəti kənd əhalisinin tələbatına uyğun qurulub. Burada bərbərxana və qadın gözəllik salonu vardır. Həmçinin mərkəzdə iki mağaza və ət satışı yeri də fəaliyyət göstərir. Mağazalardan birində ərzaq, digərində isə müxtəlif sənaye məhsullarının satışı həyata keçirilir. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə 5 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri deyib: Kənd yaşayış məntəqələrinin müasirləşdirilməsi əhalinin rahatlığının təmin olunmasına hesablanmış tədbirlərdir. Bu gün Diyadin kəndində müasir məktəb binasının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi də sakinlərin rahatlığına xidmət edəcəkdir. Bu tədbirlər kənddə məskunlaşmanın artmasına, əhalinin torpaqlardan, fərdi təsərrüfatlardan səmərəli istifadə etməsinə şərait yaradacaqdır. Kəndin bərəkətli torpaqları, zəhmətkeş insanları vardır. Bu da əkinçiliyin inkişafına, əhalinin məşğulluğunun təmin olunmasına və rifahının yüksəldilməsinə imkan verəcəkdir. Sakinlər dövlətimiz tərəfindən yaradılan bu şəraitdən səmərəli istifadə etməli, bundan sonra da kəndin abadlaşmasına çalışmalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalıdır.

Kənd sakini Teymur Babayev deyib ki, Diyadin kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi, kənd yollarının yenidən qurulması sakinlərin böyük sevincinə səbəb olub. Muxtar respublikanın digər yaşayış məntəqələri kimi, Diyadin kəndinin inkişafına da daim diqqət göstərilir. Araz çayının sahilində yerləşən bu yaşayış məntəqəsində insanların yaşayışı üçün hər cür şərait yaradılıb. Aparılan sahilbərkitmə işləri kənddə torpaqların yuyulmasının qarşısını alıb. Bu da əkinçiliyin inkişafına səbəb olub. Kənddə heyvandarlıq inkişaf etdirilir, fərdi təsərrüfatlar genişləndirilir.

Teymur Babayev bütün bunları yaradılan şəraitin nəticəsi kimi dəyərləndirib, kənd sakinləri adından minnətdarlıq edib.

* * *
Diyadin kəndində bir sıra abadlıq işləri də görülüb. Diyadin kəndinin ərazisində 1580 metr, Tumaslı kəndi ərazisində isə 600 metr məsafədə kənddaxili yollara asfalt örtük salınıb, 340 metrlik beton kanal və 8 su keçidi tikilib. Abadlıq tədbirləri zamanı rabitə və elektrik şəbəkələrinin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılıb, yeni rabitə və elektrik dirəkləri basdırılıb, 4 min metrdən çox fiber-optik, 1050 metr yeraltı, 2 min 550 metr uzunluğunda yerüstü rabitə kabelləri və 3 min 600 metr məsafədə elektrik xətti çəkilib. 500 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilib, yeni tikililərə 230 metr uzunluğunda qaz xətti çəkilib. Həmçinin məktəb tikintisi ilə əlaqədar evi plana düşmüş 1 ailə üçün ikiotaqlı fərdi ev inşa olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ şosesində hərəkət bərpa olunub YENİLƏNİB

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək

Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır

Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq

Pentaqon ABŞ silahlı qüvvələrində pilotsuz əməliyyatlar üçün yeni komandanlıq yaradır

Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb

Kamçatka sahillərində ardıcıl üç zəlzələ olub

Latviya prezidenti ölkəsində nüvə silahı yerləşdirməyə hazır olduğunu bildirib

ADEX 2026: Elm və müdafiə sənayesi tərəfdaşlığı yeni mərhələdə

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub