Şərur və Sədərək rayonlarında sosial qayğıya ehtiyacı olan ailələrə ərzaq payı verilib
Naxçıvan, 17 aprel, AZƏRTAC
Muxtar respublikada sosial qayğıya ehtiyacı olanlara ərzaq payı verilməsi Şərur və Sədərək rayonlarında davam etdirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayonunda sosial qayğıya ehtiyacı olan 65 ailə, Sədərək rayonunda isə 30 ailə evlərində ziyarət olunub və onlara ərzaq payı verilib.
Qeyd edək ki, muxtar respublikada, ümumilikdə, sosial qayğıya ehtiyacı olan 255 ailəyə ərzaq payı verilib.