SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINDA İSLAM İNKİŞAF BANKININ NÖVBƏTİ İLLİK TOPLANTISI KEÇİRİLƏCƏKDİR
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 3-4-də Səudiyyə Ərərbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupunun Müdirlər Şurasının 33-cü illik toplantısı keçiriləcəkdir.
İİB-yə üzv olan 56 ölkənin yüksək vəzifəli nümayəndələrinin iştirak edəcəyi toplantıda bank qurumlarının illik hesabatları dinləniləcək və növbəti illər üçün fəaliyyət istiqamətləri müəyyənləşdiriləcəkdir.
Tədbirdə ölkəmizi İİB-də Azərbaycan üzrə müdir, iqtisadi inkişaf naziri Heydər Babayev təmsil edəcəkdir. Səfər çərçivəsində H.Babayevin İİB rəhbərliyi ilə görüşlərinin keçirilməsi də nəzərdə tutulmuşdur.
İİB-nin növbəti illik toplantısının Türkmənistanda, 35-ci illik toplantının isə 2010-cu ildə Bakıda keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]