Səudiyyə Ərəbistanının neft terminalına raket hücumları davam edir
Qahirə, 26 mart, AZƏRTAC
Ər-Riyadın atəşkəs və sülh danışıqları ilə bağlı təklifini qəbul etməyən Yəməndəki Husi qiyamçıları Səudiyyə Ərəbistanının neft qurğularına PUA və raket hücumlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, son sutka ərzində Səudiyyə Ərəbistanının mülki obyektlərinə, o cümlədən Cəvandakı neft terminalına bir neçə mərmi atılıb. Krallığın Enerji Nazirliyinin məlumatında bildirilir ki, terminaldakı neft çənində başlayan yanğın qısa müddətdə söndürülüb. Raket hücumları nəticəsində ölən və yaralanan yoxdur.
Krallığın rəsmiləri bildiriblər ki, bu hücumlar xam neft tədarükünü və qlobal enerji bazarında sabitliyi pozmaq məqsədi daşıyır. “PUA və raket hücumları körfəzdə neft daşımaları və Səudiyyə Ərəbistanının ərazi sularında ekoloji vəziyyət üçün ciddi təhlükə törədir”, - deyə Enerji Nazirliyinin sözçüsü SPA xəbər agentliyinə müsahibəsində bildirib. O əlavə edib ki, martın 25-də Yəmən ərazisindən mülki obyektlərə hücum edən 8 PUA zərərsizləşdirilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]