Seul metrosunda eskalator qəzası baş verib: yaralananlar var
Pekin, 8 iyun, AZƏRTAC
Cənubi Koreya paytaxtı Seul metrosunda eskalator qəzası baş verib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8:20-də metronun Bundanq xətti üzərindəki Sune stansiyasında qeydə alınıb. Stansiyadakı eskalatorlardan biri qırılaraq, sürətlə əks istiqamətdə hərəkət edib. Nəticədə həmin vaxt eskalatorda olanlardan üçü nisbətən ağır olmaqla 14 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Hazırda polis müvafiq araşdırma aparır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]
İsrail İranın neft-kimya kompleksinə zərbə endirib
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]