SEVASTOPOLDA RUSİYA GƏMİSİ YANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 17-də Ukrayna Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə komandası Sevastopolda Rusiya gəmisində baş vermiş yanğını söndürmüşdür.
Nazirliyin Sevastopoldakı idarəsinin nümayəndəsi bildirmişdir ki, yanğın gəminin gövdəsinin aşağı hissəsində baş vermişdir. Rusiyanın Həştərxan limanına məxsus gəminin su basımı 4500 tondur.