Şiddətli yağışlar Çinin Şensi vilayətində 5 nəfərin ölümünə səbəb olub
Pekin, 13 iyul, AZƏRTAC
Çinin Şensi vilayətində bir neçə gündür aramsız yağan yağışların törətdiyi fəsadlar 5 nəfərin ölümünə, 10 nəfərin itkin düşməsinə səbəb olub.
AZƏRTAC vilayətin müvafiq qurumlarının açıqlamasına istinadla xəbər verir ki, iyulun 10-dan başlayan güclü yağışlar daha çox Sincou və Cinçen şəhərlərində, Tayhuay və Yantou qəsəbələrində dağıntı və tələfat törədib. Cinçen şəhərində son 20 ilin ən çox yağıntısı (268 millimetr) düşüb. Xeyli sayda sosial obyekt və fərdi ev dağılıb, infrastruktura ziyan dəyib.
Vilayətin səlahiyyətli qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün gücləndirilmiş rejimdə çalışır.
Qeyd edək ki, son günlər Çinin müxtəlif bölgələrində şiddətli yağışlar insan tələfatı və dağıntıya səbəb olub. Müxtəlif bölgələrdə sel və daşqın, torpaq sürüşmələri qeydə alınıb. Çaylarda suyun səviyyəsi təhlükəli həddə çatıb və ya həddi keçib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]