Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sığorta bazarında yeni dövr: Sığortanın rəqəmsal platformalarda inkişafı

Sığorta bazarında yeni dövr: Sığortanın rəqəmsal platformalarda inkişafı

Tural Əliyev: PAŞA Sığorta şirkəti olaraq hədəfimiz daimi innovasiya və bir addım irəlidə olmaqdır

Dünya sığorta bazarındakı mütəxəssislər bu bazarın gələcək illər ərzində rəqəmsallaşmanın tətbiqi və inkişafı ilə birlikdə yeni və innovativ bir mərhələyə keçid edəcəyini bildirirlər. Ölkəmizdə də şirkətlər artıq bu istiqamətdə müəyyən addımlar atır.

Sığorta bazarında rəqəmsallaşmaya sürətlə keçid edən şirkətlərdən biri də PAŞA Sığorta şirkətidir. Şirkətin bu istiqamətdəki fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün PAŞA Sığorta şirkəti İdarə Heyəti sədrinin müavini Tural Əliyevlə olan müsahibəni sizə təqdim edirik.

Salam, Tural bəy. İlk növbədə, şirkətinizindəki müsbət dəyişikliklərin davamlı və uğurlu olmasını diləyirik.

- Bilirik ki, PAŞA Sığortada son illərdə rəqəmsallaşmaya sürətli bir keçid hiss olunur. Bu keçidin əsas məqsədi nədir? Rəqəmsallaşmaya keçid prosesində əsasən nələri hədəfləmisiniz?

-PAŞA Sığorta şirkəti olaraq biz son illərdə həm daxili proseslərimizdə, həm də müştəriyə təqdim etdiyimiz xidmətlərdə rəqəmsallaşma istiqamətində mühüm addımlar atmışıq. Proseslərimizi qurarkən hər zaman əsas məqsədimiz həm mövcud olan müştərilərimizə göstərdiyimiz xidmət keyfiyyətini qoruyub saxlamaq, həm də yeni müştərilərimizə müasir sığorta həlləri təklif etmək olub.

Avtomatlaşdırılan daxili proseslərimiz haqqında danışarkən mən şirkətimizin müştəri ilə ünsiyyətinin yarandığı ilk mərhələdən başlamaq istərdim. Biz bu istiqamətdə maksimum çalışırıq ki, müştərilərlə olan kommunikasiyamızı ənənəvi yollarla yanaşı, rəqəmsal üsullarla da həyata keçirək. Məsələn, müştəri məhsullar haqqında məlumat almaq və sığorta şəhadətnaməsini əldə etmək üçün hansısa mərhələdə ofisə yaxınlaşmalı və ya satış əməkdaşımızla fiziki olaraq görüşməlidirsə, biz əlimizdən gələni edirik ki, bu prosesi tam olaraq rəqəmsallaşdıraq. Nəzərə alsaq ki, müasir dövrümüzdə həyat olduqca sürətlidir, çalışırıq ki, sığorta alış prosesini insanların həyat tərzinin bir hissəsinə çevirməklə zamanlarını səmərəli istifadə etməsinə kömək edək. Yəni, sığortanı insanlar əlavə bir sənədləşmə prosesi və iş yükü kimi deyil, onlara maddi dayaq olacaq və əldə edilməsi asan bir tələbat olaraq görülsün. Bu mənada, əsas məqsədlərimizdən biri sığorta məhsullarını və xidmətlərini informasiya texnologiyalarının köməyi ilə istehlakçılar üçün asan, eyni zamanda əlçatan etməkdir.

Məsələn, bizim müştərilərimiz onlayn satış portalımız, eyni zamanda mobil tətbiqimiz vasitəsilə satış təmsilçisi olmadan birbaşa elektron platfromaya daxil olaraq, avtomobil sığortası üzrə istəyinə və ehtiyacına uyğun təklifləri alıb dəyərləndirə, həmçinin səfər sığortasını tam onlayn şəkildə rəsmiləşdirə bilər.

- Bəs PAŞA Sığorta fərdi və korporativ müştərilər üçün hansı yenilikləri həyata keçirir?

Biz bütün proseslərimizi inkişaf etdirərkən həm fərdi, həm də korporativ müştərilərimizin rahatlığını nəzərə alırıq. Dijital komandalarımız korporativ müştərilərimizə təklif olunan xidmət keyfiyyətini yüksəltməyə dəstək göstərəcək işlər görməkdədir. Daha əvvəl qeyd etdiyim gələcək planlarımıza əlavə olaraq Korporativ Sığortaçılıq Portalını qeyd edə bilərəm ki, bu portal müqavilələrin imza prosesinin avtomatlaşdırılmasını təmin edərək müştərilərimiz üçün korporativ sığorta müqavilələrinin rəqəmsal şəkildə imzalanmasına şərait yaradır. Korporativ müştərilərimiz isə öz əməkdaşlarının fərdi məlumatlarını birbaşa bizim sistemimizə daxil edərək tibbi sığorta kartlarının sürətli şəkildə aktivləşməsinə nail ola bilərlər. Hazırda müştərilərimiz tərəfindən istifadə edilən bu platformanı onlar üçün daha da effektiv bir portal halına gətirmək məqsədilə əlavə funksionallıqlar ilə zənginləşdirəcəyik.

Paralel olaraq biz rəqəmsal həllərimizi daha da genişləndirərək müştərinin sadəcə öncəki tarixçəsinə əsasən məlumatları dəqiqləşdirilməsi və əlavə sənədlər tələb edilmədən KASKO sığorta üzrə təklif forması hazırlanıb göndərilməsi kimi üstünlüyə sahibik. Müştəri təkliflə razıdırsa, öz sığortasını tam rəqəmsal formada əldə edir. Həmçinin müştəri cəmi bir neçə kliklə sığorta şəhadətnamələrinin müddətinin uzadılması və ya yenilənməsi kimi prosesləri icra edə bilir.

Rəqəmsal həllərimiz vasitəsilə biz yerli sığorta bazarında yeniliyə imza ataraq könüllü avtomobil sığortası üzrə ənənəvi tarif modelindən çıxdıq, həm də KASKO polislərdə istifadə etdiyimiz qiymət formalaşmasında tariflərin avtomatlaşdırılmış hesablanması üzrə riyazi modeldən istifadə etməyə başladıq. Bu model müştəri üçün data əsaslı yanaşma və risklərin daha səlis dəyərləndirilməsi ilə tam fərdiləşdirilmiş təklif verməyi təmin edir və sığorta haqqı bütün risklər nəzərə alınmaqla avtomatik şəkildə hesablanır.

Strategiyamız çərçivəsində yaradılan rəqəmsal həllərdən biri də onlayn satış portalımızdır. Müştərilərimiz artıq rahatlıqla könüllü əmlak sığortası məhsullarını tam onlayn şəkildə bu portaldan əldə edə bilər. Ofisə yaxınlaşmağa zamanı olmayan, sadəcə sığorta haqqını öyrənmək istəyən, bir sözlə sığortanın rəqəmsal rahatlığından faydalanmaq istəyən müştərilər onlayn satış portalından rahatlıqla istifadə etmək imkanına sahibdir.

Bizim növbəti strateji dövr üçün önəmli olan layihələrimizdən biri də şirkətimizin rəqəmsal inkişafına töhfə verəcək İT Transformasiya layihəmizdir. Bu layihə çərçivəsində əsas hədəfimiz mövcud texnoloji arxitektura və tətbiqlərimizi modernləşdirməkdir ki, texnoloji imkanlardan daha səmərəli və çevik şəkildə yararlana bilək.

Paralel olaraq biz təqdim etdiyimiz platformalarda təkmilləşdirmə işləri aparırıq. İstifadəçi təcrübəsini daha da asanlaşdırmaq üçün planlayırıq ki, müştərilərimiz istənilən sığorta şəhadətnaməsini telefonunda mövcud olan “PASHA Insurance” tətbiqi ilə rahatlıqla ala bilsin. Həmçinin müştəri onun üçün vacib olan sığorta məlumatlarını izləməsi, qəza hadisəsi baş veribsə, bunu heç bir problem yaşamadan bir neçə dəqiqə ərzində bizə bildirə bilməsi üçün mobil tətbiqimizin üzərində mütəmadi işlər görür, yeniliklər tətbiq edirik.

Bu yaxında tətbiqimizin istifadəçi sayı artıq 100 000 nəfəri keçdi. Bu o deməkdir ki, 100 000 sığortalı şəxs artıq sığorta sektorunda da rəqəmsal rahatlığın var olduğunu bilir və bunu istifadə edir. Təbii ki, bu insanların bizdən gözləntiləri də mövcuddur. Bu səbəbdən biz təqdim etdiyimiz platformalarda bu

istifadəçilərin gələcək gözləntilərini öyrənməyə çalışır və bununla bağlı davamlı təkmilləşdirmə işləri aparırıq.

- Qeyd etdiyiniz yeniliklər əsasən sığortanın əldə olunmasından öncə olan mərhələ ilə əlaqəlidir. Bəs artıq müştərinizə çevrilmiş və ya sığorta hadisəsi ilə üzləşən sığortalılarınız üçün hansı addımlar atılır?

-Təbii ki, sığorta şirkətlərinin istehlakçılara verdiyi əsas dəyər sığorta hadisəsi zamanı zərərin ödənilməsidir. Düşünürəm ki, informasiya texnologiyaları və innovasiyaların sığorta şirkətləri üçün yaratdığı imkanlar əsasən sığorta hadisələri üzrə müştəri təcrübələrinin rəqəmsallaşdırılmasına, eyni zamanda rahatlaşdırılmasına tətbiq olunmalıdır.

Bu hissədə onu da bildirim ki, yeni proseslərimizə əsasən hadisələrin qeydə alınması mərhələsində artıq sığorta nümayəndəsinin iştirakına ehtiyac yoxdur. PAŞA Sığortanın mobil tətbiqi vasitəsilə müştərilərimiz sığorta hadisəsi üzrə iddialarını zərərin şəkillərini çəkib mobil tətbiqə yükləyərək tam rəqəmsal formada qaldıra bilirlər. Mövcud mobil tətbiqimiz tibbi sığortalı müştərilərimizə tam dijital formada həkimə yazılmaq imkanı da yaradır.

Zərərin qiymətləndirilməsi mərhələsində də biz süni intellekt vasitəsilə avtomatik şəkildə, yəni insan müdaxiləsi olmadan dəyərləndirmə prosesini yekunlaşdırmağı hədəfləyirik. Bu funksionallıq istifadəyə verildikdən sonra zərərin təyin edilməsi prosesi daha da sürətlənəcək, bu da öz növbəsində müştəri məmnuniyyətinin artırılmasına dəstək göstərəcəkdir. Başqa sözlə, hadisənin qeydiyyatından sığorta ödənişinin əldə olunmasına qədər olan prosesi sığortalı müştərimiz tam rəqəmsal şəkildə yekunlaşdıra biləcək.

- Rəqəmsal transformasiyadan danışarkən soruşmaq istərdim ki, sizcə tez-tez eşitdiyimiz “gələcək nəsil sığortası” başlığından nə başa düşməliyik?

-Gələcək nəsil sığortası müştərini daha yaxşı tanıyıb, onun istəklərinə uyğun davranmağı tələb edir. Y nəsli və gələcək nəsillərin bir istəyi haqqında əminliklə deyə bilərəm ki, müasir gənclər və yeni nəsil hər şeyi anında tələb edirlər. Artıq dünyadakı bir çox məhsul, xidmət tez və əlçatandır. Müasir dövrümüzdə internet imkan verir ki, istehlakçılar öz istəklərinə və ehtiyaclarına uyğun məhsul yaxud xidmətləri seçsinlər. İstənilən məhsul üzrə müxtəlif rəqəmsal platformalardan, sosial mediadan məlumat əldə etmək mümkündür. Biz də öz növbəmizdə çalışmalıyıq ki, sığorta məhsullarında da bu çevikliyi təmin edək. Bu səbəbdən sığorta şirkəti olaraq hədəfimiz istehlakçılarımıza onların ehtiyaclarına uyğun məxsusi həllər təqdim etməkdir.

Göründüyü kimi, müştəriyə öz ehtiyaclarına uyğun fərdiləşdirilmiş məhsul təqdim etmək üçün onu tanımaq, məlumat toplamaq, eyni zamanda isə bunu olduqca çevik şəkildə reallaşdırmaq lazımdır. Bəzən bu prosesi tam rəqəmsal formada, satış təmsilçisi olmadan etmək lazımdır. Bu səbəbdən biz strategiyamızın əsas istiqamətlərindən biri olaraq məlumatların idarə olunması istiqamətinin gücləndirilməsini hədəfləyirik. Bu sahəyə şirkət olaraq böyük investisiyalar edirik, istər məlumatların idarəolunması sahəsində müasir texnologiya və alətlərdən istifadə, istər mövcud data arxitekturasının təkmilləşdirilməsi, istərsə də şirkətimizdə çalışan hər bir şəxsin analitik bacarıqlarının inkişafı və

təşkilatda məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması istiqamətində bir çox təşəbbüslər həyata keçiririk.

Ümumiyyətlə, rəqəmsal həllərin istisnasız hər biri tələb edir ki, təşkilatın hədəflərinə uyğun məlumatların idarəolunması infrastrukturu olsun. Bu səbəbdən biz mövcud müştəri məlumatlarımızın strukturlaşdırılması, keyfiyyətinin artırılması, əlavə məlumatlar ilə zənginləşdirilməsi və müştəri ilə olan istənilən kommunikasiyamızda məlumatların strukturlu axınını təmin etmək üçün gündəlik işlər görürük.

Daha öncə qeyd etdiyim kimi, gələcək nəsil rəqəmsal rahatlığı mənimsəmiş, ehtiyacı olan xidmət və məhsulları onlayn olaraq əldə etməyə üstünlük verən və sürətlə inkişaf edən bir nəsildir. Bu səbəbdən “gələcək nəsil sığortası” dediyimiz anlayış bütün bu tələbləri özündə birləşdirməlidir. 2021-2023-cü il üzrə gələcək strategiyamızı planlayarkən biz də bütün bunları nəzərə almışıq.

- Bəs PAŞA Sığortanın daxili prosesləri ilə bağlı, həmçinin partnyorları üçün hansısa innovativ təşəbbüsləri olacaqmı?

- 2021-2023-cü il strategiya planına əsasən, PAŞA Sığorta üçün əsas hədəf rəqəmsal transformasiya idi.

Strategiya planımızı əsas tutaraq 2021-ci ili rəqəmsallaşmaya keçid üçün hazırlıq ili olaraq başladıq. 2022-ci ili ilk rübündə isə 2 yeni rəqəmsal platformamızı müştərilərimizin istifadəsinə təqdim etdik. 2023-cü ildə həm daxili, həm də xarici proseslərimizdə müəyyən rəqəmsal yeniliklər həyata keçirdik.

Şirkət olaraq gələcək hədəfimiz strategiya planımıza uyğun olaraq rəqəmsal həllər təqdim etməklə yanaşı, rəqəmsal satışları da artırmaqdır. Hazırda biz insanların həyatının mərkəzində yer alan sosial şəbəkələri vasitəsilə də müştəri müraciətləri toplayır, bu kanalı bir satış kanalı olaraq aktiv istifadə edirik.

PAŞA Sığortanın gələcək üçün planladığı əsas təşəbbüslərdən biri proseslərin robotizasiyasıdır. Bu layihədə əsas hədəf gündəlik görülən rutin işlərin avtomatlaşdırılmasıdır. Bu təşəbbüs sayəsində hüquq, maliyyə, sığorta iddiaları və sığorta proseslərinə dəstək departamentlərinin əməkdaşları rutin işlərdən uzaqlaşaraq daha yüksək prioritetli işlərə zaman ayıra biləcək.

Gələcək hədəflərimizdən biri də şirkətimizin partnyorları ilə rəqəmsal ekosistemlərin qurulmasıdır. Artıq bu sahədə bir çox addımlar atmışıq. İstər klinika və apteklər ilə, istərsə də avto servislər ilə şirkətimizin elektron sistemlərini inteqrasiya yolu ilə proseslərimizi avtomatlaşdırmaqla bərabər ekosistem daxili məlumat axını vasitəsilə müştərilərimiz üşün əlavə dəyərlər yaratmağı planlayırıq.

Müştərilərimiz artıq bizim bəzi məhsullarımızı bank mobil tətbiqləri vasitəsi ilə də əldə edə bilirlər. Gələcək hədəflərimiz bu kimi sığorta bazarından kənar mobil və digər rəqəmsal tətbiqlərə sığorta məhsullarını əlavə etməklə digər bazarların iştirakçıları ilə dijital partnyorluğumuzu artırmaqdır.

Düşünürük ki, rəqəmsallaşma həm biz, həm də bizim partnyorlarımız üçün geniş imkanlar yaradacaq, bir çox yeniliklərə qapı açacaq.

Həmçinin bir sıra məhsullarımız da var ki, sizin üçün rəqəmsal rahatlığı təmin edir. Məsələn, kartınızı dələduzluqla pul çıxarılmasından, yaxud da fişinqdən sığortalaya bilərsiniz. Həmçinin bank kartlarınızın fiziki olaraq hər hansı formada zədələnməsini PAŞA Sığorta ilə təminat almaq mümkündür.

Ümumiyyətlə, şirkət olaraq hədəfimiz daimi innovasiya və bir addım irəlidə olmaqdır. Dəyişən rəqəmsal

dövrdə PAŞA Sığortanın fərqlənməsi bizim üçün çox vacibdir. Rəqəmsal şirkətə çevrilmək sığortanın inkişafına və modernləşdirilməsinə sərmayə qoymaq deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu