Silahlı Qüvvələrin hərbi təlimləri davam edir
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təlimləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır.
Qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunub.
Qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.