Silvio Berluskoninin dəfn mərasimi iyunun 14-də Milan Katedralında keçiriləcək
Bakı, 12 iyun, AZƏRTAC
İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin dəfn mərasimi iyunun 14-də Milan Katedral kilsəsində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Sky TG24 telekanalı Milan yeparxiyasına istinadla məlumat yayıb.
ANSA informasiya agentliyinin məlumatına görə, dəfn mərasimində İtaliya Prezidenti Sercio Mattarella iştirak edəcək. Vida mərasimi bazar ertəsi günü Berluskoninin Arkordakı villasında başlayacaq və çərşənbə axşamı günü “Mediaset” kompaniyasının studiyalarında davam edəcək.
Xatırladaq ki, sabiq Baş nazir bu gün Milandakı San Raffaele xəstəxanasında 87 yaşında vəfat edib.
İtaliyanın ən varlı şəxslərindən olan Silvio Berluskoni ilk dəfə 1994-cü ildə Baş nazir seçilmişdi. O, 2011-ci ilə qədər olan müddətdə İtaliyanın dörd hökumətinə başçılıq etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [23:50]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]