Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti Tərcümə Mərkəzində
Bakı, 12 iyun, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Şimali Kipr Turizm, Gənclik və Ətraf Mühit Nazirliyi Mədəniyyət Departamentinin İdarə Heyətinin üzvü, tanınmış yazıçı Ceyhan Özyıldız, tanınmış şair-yazıçı Serkan Soyalan Dövlət Tərcümə Mərkəzinin qonağı olublar.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-Şimali Kipr ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Şimali Kiprdə, Şimali Kipr ədəbiyyatının Azərbaycanda, eləcə də beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçiriləcək layihələr müzakirə edilib.
Nəzərdə tutulan tədbirlərin təşkili ilə bağlı Dövlət Tərcümə Mərkəzi ilə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması qərara alınıb.
Görüşün sonunda qonaqlara Mərkəzin Aygün Attarın “Qarabağ zəfəri - 44 günün pərdəarxası” kitabı, “Dünya ədəbiyyatı inciləri” seriyasından kitablar və “Xəzər” dünya ədəbiyyatı jurnalı, nümayəndə heyəti tərəfindən Mərkəzə Şimali Kiprin tarix və mədəniyyətindən bəhs edən kitab və suvenirlər hədiyyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]