“SİMURQ” AZƏRBAYCAN ASSOSİASİYASININ NƏŞRİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Kitab müxtəlif milli kitabxanaların oxucuları tərəfindən istifadə olunur, bunu Amerika Birləşmiş Ştatlarının konqres kitabxanasından, Rusiyanın, Böyük Britaniyanın, Almaniyanın, Avstriyanın, Estoniyanın və başqa ölkələrin milli kitabxanalardan müəllifin ünvanına gələn xeyli miqdarda məktublar da sübut edir.
Keçən il həmin kitab “Simurq” AMA-nın Fransadakı nümayəndəsi, Parisdəki “İNALKO” institutunun müəllimi, filologiya elmləri doktoru, Aygün Eyyubova tərəfindən dünyanın qədim elm və mədəniyyət mərkəzlərindən olan Sorbonna Universitetinə təqdim edilmişdir.
Bu günlərdə “Simurq” Mədəniyyət Assosiasiyasına Sorbonnadan təşəkkür məktubu gəlmişdir. Müəllifə minnətdarlıq ifadə olunan məktubda bildirilir ki, “Kulturologiya” kitabı bu elm mərkəzinin kitabxanasında kataloqa daxil edilmişdir. Kitab mütəxəssislər tərəfindən istifadə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]