“Sinam” şirkəti regionun aparıcı sistem inteqratorlarındandır
Bakı, 25 noyabr (AZƏRTAC). “Sinam” şirkəti regionun aparıcı sistem inteqratorlarındandır və “Elektron Azərbaycan”ın yaradılmasında fəal iştirak edir.
“BakuTel-2011” 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinə məhsulları ilə gəlmiş “Sinam” şirkətlərə geniş tərkibli İT və konsaltinq xidmətləri təklif edir.
Şirkətin təmsilçisi Xanmurad Abdullayev AZƏRTAC-a bildirmişdir ki, “Sinam” -ın əsas fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrində biznes proseslərinin effektivliyinin artırılması, eləcə də dövlətin idarəçiliyinin təkmilləşdirilməsi və yeni Azərbaycan cəmiyyətində informasiya mübadiləsinin inkişaf etdirilməsi istiqamətlərinə yönəlmişdir.
Ölkəmizdə həyata keçirilən bir sıra layihələrdə iştirak edən “Sinam” Cisco, HP, Mikrosoft, Oracle kimi İKT sahəsində dünyanın tanınmış şirkətlərinin tərəfdaşıdır. Şirkət dünyanın bir çox ölkələrində nümayəndəlik və şöbələrə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [15:30]
Mərkəzi Bankın kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
- 09.05.2026 [10:10]