Sinan Oğan: Seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyik
Bakı, 22 may, AZƏRTAC
Türkiyədə prezident seçkilərinin birinci turunda 5,17 faiz səs toplayan Sinan Oğan tərəfdarlarını ikinci turda ölkənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, ATA ittifaqından prezidentliyə namizəd Sinan Oğan bu bəyanatı yerli telekanalların efirində səsləndirib.
"Prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyimi bildirirəm. Tərəfdarlarımı seçkilərdə onu dəstəkləməyə çağırıram", - deyə Sinan Oğan bəyan edib.
Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin mayın 14-də keçirilən birinci turunda Cumhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğu 44,88 faiz, ATA İttifaqından namizəd Sinan Oğan isə 5,17 faiz səs toplayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]