Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər
Bakı, 15 aprel, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 16-sı səhərdən 17-si səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın rayonlarında aprelin 16-sı axşamdan 17-si səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyinin sürəti 15-20 metr/saniyə təşkil edəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcək.
Çaylarda sululuğun artacağı istisna olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]