“ŞİRVAN” TURNİRDƏ İLK XALINI QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 27-də Bakıda həvəskar futbol komandaları arasında UEFA Regional Kubokunun ikinci turunun oyunları keçirilmişdir. Azərbaycanı bu turnirdə təmsil edən “Şirvan” komandası Gürcüstanın “Tbilisi” klubu ilə qarşılaşmışdır. Görüş 1:1 hesabı ilə başa çatmışdır.
İsmət Qayıbov adına stadionda isə “Tiçino” (İsveçrə) və “Belqrad” (Serbiya) komandaları arasındakı görüşdə qapılara qol vurulmamışdır. Xatırladaq ki, “Şirvan” ilk oyunda “Belqrad”a 2:0 hesabı ilə məğlub olmuşdu.
Bu turdan sonra “Belqrad” və “Tiçino” birinci-ikinci yerləri bölüşürlər. Hərəyə bir xal toplamış Gürcüstan və Azərbaycan klubları isə üçüncü-dördüncü yerləri tuturlar.
Turnirə aprelin 29-da yekun vurulacaqdır. Həmin gün “Şirvan” “Tiçino” ilə, “Tbilisi” isə “Belqrad”la qarşılaşacaqdır. Qrupda birinci yeri tutmuş komanda növbəti mərhələyə vəsiqə qazanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]