Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sivil, demokratik inteqrasiya prosesi: türk dövlətləri nümunə göstərir

Sivil, demokratik inteqrasiya prosesi: türk dövlətləri nümunə göstərir

Ekspertlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakı Zirvə Görüşünün çox uğurlu keçdiyini vurğulayırlar. Tədbirdə iştirak edən dövlət və hökumət başçıları çox maraqlı fikirlər səsləndiriblər. Eyni soy-kökə malik xalqların əməkdaşlığının daha optimal inkişaf modelinin yaradılması ilə bağlı əhəmiyyətli fikir mübadiləsi aparılıb. Türk Şurasının indiyə qədər əldə etdiyi nailiyyətlərə kölgə salmadan inteqrasiya tendensiyasını daha perspektivli bir formaya salmaqla bağlı ortaq fikrə gəlinib. Həmin istiqamətdə konkret təkliflər irəli sürülüb. Toplantı iştirakçıları türk dövlətlərinin əməkdaşlığının tarixi perspektivini xüsusi vurğulayıb, növbəti mərhələ ilə bağlı fikirlər söyləyiblər. Bu kontekstdə Zirvə Görüşünün geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa böyük ehtiyac vardır.

Müasir mərhələdə əməkdaşlıq perspektivləri: türkdilli xalqların tarixi şansı

Hazırkı tarixi mərhələdə fərqli inteqrativ təşkilatların rolu artır. Bu, ümumilikdə, bəşəriyyətdə gedən qloballaşma prosesinin ruhuna və məntiqinə uyğundur. Lakin təcrübə göstərir ki, birləşdirici məqsədlə yaradılan təşkilatların heç də hamısı davamlı olmur və tarixin səhnəsindən silinir. Burada əsas inteqrasiya funksiyasını yerinə yetirməli olan ideyadır. İdeya doğru və əsaslı olduqda, təşkilat yaşayır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təcrübəsi göstərir ki, türk birliyi ideyası əsaslı və tarixi baxımdan zəruridir. Həmin tezis oktyabrın 15-də Bakıda Türk Şurasının VII Zirvə Görüşündə də tam olaraq öz təsdiqini tapdı.

Ekspertlər bu sammiti tarixi adlandırmaqda haqlıdırlar. Bakıda alınan qərarlar, qarşıya qoyulan vəzifələr, müəyyənləşdirilən məqsədlər doğrudan da geniş bir coğrafiyanın geosiyasi, iqtisadi və mədəni gələcəyi baxımından tarixi məna daşıyır. Türk dövlətləri ilk dəfə olaraq daha geniş miqyasda qarşılıqlı əlaqələrinə, əməkdaşlığın perspektivinə nəzər sala bildilər. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə qlobal, regional və milli səviyyələrdə bir-birini tamamlayan vəzifələr qarşıya qoyuldu.

Tədbirdə nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev VII Zirvə Görüşünün Naxçıvan Sazişinin 10-cu ildönümünə təsadüf etdiyini vurğulayıb. Keçən müddətdə Azərbaycan türk dövlətlərinin əməkdaşlığının dərinləşməsi üçün maksimum səy göstərib. Dövlət başçısı vurğulayıb: “Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

Dövlət başçısı tarixi türk coğrafiyasının vəhdətini nəzərdə tutaraq indi də bu məsələnin aktual olduğunu ifadə edib. Bu baxımdan 2009-cu il Naxçıvan Zirvə Görüşünə çox maraqlı bir məna verib. İlham Əliyev vurğulayıb: “2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir”.

Bu fikirlərdə dərin məna vardır. Azərbaycan Prezidenti Zəngəzurun Ermənistana verilməsinin tarixi aspektdə türk coğrafiyasını parçalamaq məqsədi daşıdığını ifadə edir. Bu, ümumiyyətlə, türk xalqlarının qarşılıqlı əlaqələrinin inkişafına ciddi zərbə vurdu. Lakin 2009-cu ildə məhz Naxçıvanda türkdilli dövlətlərin əməkdaşlığının inkişafı ilə bağlı tarixi qərarın alınması rəmzi olaraq türk coğrafiyasını birləşdirmək demək idi. Təcrübə göstərdi ki, bu addım olduqca səmərəlidir.

“Bir millət, iki dövlət”dən “Türk baxışı 2040”a: tarixin dərsləri və reallıqlar

Zirvə Görüşündə çıxış edən digər dövlət başçılarının fikirləri də bu tezisi sübut edir. Hətta Türk Şurasının fəxri sədri və türk dünyasının ağsaqqalı seçilən Nursultan Nazarbayev perspektivdə inteqrasiyanı gücləndirə biləcək maraqlı təkliflər verib. Bu aspektdə Qazaxıstanın birinci Prezidenti, elbası N.Nazarbayevin türk dünyasının inteqrasiyası konsepsiyasının hazırlanması, “Türk baxışı 2040” proqramının yaradılması və “türkdilli dövlətlər” ifadəsi əvəzinə perspektivdə “türk dövlətləri” ifadəsinin işlənməsi zəruriliyini xüsusi vurğulaması çox böyük maraq doğurur.

Əslində, bu ideyanın kökündə Ulu öndər Heydər Əliyevin ifadə etdiyi məşhur “Bir millət, iki dövlət” ifadəsi dayanır. Bununla Heydər Əliyev obrazlı və lakonik şəkildə Azərbaycan və Türkiyənin iki türk dövləti olduğunu deyirdi. Yəni burada əsas vurğu eyni soy-kökə malik iki cəmiyyətin dövlət olaraq bir adı daşıdığı əks olunub. Həmin ad “türk dövləti”dir!

Yeri gəlmişkən, onu da vurğulayaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da artıq “Altı dövlət - bir millət” deməyin zamanının gəldiyini ifadə edib. Bu dövlətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Deməli, Ulu öndər Heydər Əliyevin ilk olaraq ifadə etdiyi “türk dövlətləri” konsepti öz tarixi, siyasi, geosiyasi, iqtisadi və mədəni perspektivini, birləşdiricilik potensialını nümayiş etdirmiş oldu. Təbii ki, bu ideyanı real olaraq inkişaf etdirmək lazımdır. Bu istiqamətdə Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın, elbası, ağsaqqal Nursultan Nazarbayevin atdığı addımlar çox səmərəlidir.

Vurğulanan kontekstdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə konkret sənədlərin qəbul edilməsi və gələcək əməkdaşlıqla bağlı strateji tezislərin müəyyənləşməsi tarixi məzmun kəsb edir. Türkdilli ölkələrin şura formasını inkişaf etdirib, beynəlxalq miqyasda təmsil olunan təşkilata çevrilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Zirvə Görüşündə təklif edilən BMT və İƏT-lə əlaqələr, həmin təşkilatlarda müşahidəçi statusunun alınması kimi məsələlər əhəmiyyət daşıyır.

Məhz bu kontekstdə Macarıstanın Baş Naziri Viktor Orbanın Avropa İttifaqı-türk dövlətləri əlaqələrinin qurulması ilə bağlı irəli sürdüyü təkliflər də maraq doğurdu. Viktor Orban Macarıstanda əhalinin əksəriyyətinin türk köklü olduğunu vurğuladı. Bu məqamdan çıxış edərək o, Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəsmi ofisinin yaradılmasını vacib hadisə hesab etdiyini deyib. Həmin ofisin maliyyə xərclərini tam olaraq Macarıstan tərəfi üzərinə götürüb. Bundan başqa, Macarıstan hakimiyyəti Aİ-də vəzifələrə macarların çəkilməsi prosesinə də ciddi önəm verir. Bu proses genişləndikcə türk dövlətlərinin Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar meydana gələcək.

Bu, faktiki olaraq, Macarıstanın öz üzərinə tarixi inteqrativ funksiyanı götürdüyünü təsdiq edir. Çünki real olaraq türk dövlətləri Aİ-də obyektiv təmsil oluna biləcəklər ki, bu da qarşılıqlı faydalı əməkdaşlığa yeni təkan verəcək. Ən əsası isə, türk dövlətlərinin təşkilatı qlobal miqyasda özünü təsdiq edəcək.

Bütün bunların Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünün geosiyasi əhəmiyyətini daha geniş şəkildə dərk etməyə imkan verdiyini deyə bilərik. Hər şeydən öncə, sədrliyin Azərbaycana keçməsinin üstünlüyü vurğulanmalıdır. Çünki Azərbaycan diplomatiyası beynəlxalq təşkilatlarda son dərəcə fəaldır. Bu bağlılıqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında əlavə imkanlar meydana gəlmiş olur. Artıq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türkiyənin həyata keçirdiyi "Sülh çeşməsi" əməliyyatına dəstəyini ifadə edib. Eyni zamanda, Zirvə Görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həll edilməsi tələbi qoyulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə açıq və konkret fikir söyləyib.

Beləliklə, şübhə yoxdur ki, Türk Şurasının Bakı Sammiti türk xalqları arasında əlaqələrin inkişaf etdirilməsi və dərinləşdirilməsində mühüm rol oynayacaq. Bu, ölkələr arasında əməkdaşlığın yeni üfüqlərini açacaq. O cümlədən "Bir kəmər, bir yol" layihəsində türk dövlətlərinin daha fəal və koordinasiyalı iştirakı üçün imkanlar daha da genişlənəcək. Coğrafi olaraq bu layihənin marşrutu türk dövlətlərinin ərazilərindən keçir.

Bunlardan başqa, türk xalqları arasında mədəni, mənəvi, elmi əlaqələri yeni səviyyəyə yüksəltmək imkanı yaranır. Bu istiqamətdə konkret addımlar atılacağına şübhə yoxdur. Həmin prosesdə Azərbaycan paytaxtının tarixi rolu artıq hamı tərəfindən qəbul edilir.

 

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir