SİXARULİDZENİN NOVELLALARI AZƏRBAYCAN DİLİNDƏ
Gürcüstan azərbaycanlılarının Tbilisidəki mədəniyyət mərkəzində Gürcüstan Yazıçılar İttifaqının üzvü Givi Sixarulidzenin Azərbaycan dilinə tərcümə olunmuş “Arzuların açarı” novellalar kitabının təqdimat mərasimi keçirilmişdir. Kitabı Azərbaycan dilinə şair-tərcüməçi İmir Məmmədli çevirmiş, redaktoru filologiya elmləri doktoru Şurəddin Məmmədlidir. Mədəniyyət Mərkəzinin direktoru Məmməd Gülməmmədov toplaşanları G.Sixarulidzenin həyat və yaradıcılığı ilə tanış etmişdir. İmir Məmmədli, Gürcüstan Yazıçılar İttifaqının sədri Mağvala Qonaşvili və başqaları yazıçıya yaradıcılıq uğurları diləmişlər.
G.Sixarulidze onun yaradıcılığına göstərilən diqqətə görə azərbaycanlı oxuculara minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]