Skuterin iştirakı ilə baş verən qəzada 1 nəfər həyatını itirib VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Bu gün saat 04:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Aqşin Mirzəbəylinin idarə etdiyi “Toyota” markalı avtomobillə skuter sürən Abdulla Əliyev vurulub.
Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, işıqforla nizamlanan piyada keçidində kobud qayda pozuntularının müşayiəti ilə baş verən qəzada 23 yaşlı A.Əliyev hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
“Baş Dövlət Yol Polisi İdarəsi bir daha skuter və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək, onları yol hərəkəti qaydalarının həyat əhəmiyyətli olduğunu unutmamağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır”, - deyə məlumatda diqqətə çatdırılıb.