Slovakiyanın XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Bratislava, 27 yanvar, AZƏRTAC
Slovakiya Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Slovakiya xarici siyasət idarəsi sosial şəbəkədə paylaşım edib. Paylaşımda bildirilir ki, Slovakiya bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu qətiyyətlə pisləyir: "Biz həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir və yaralılara ən qısa zamanda sağalmağı arzulayırıq”.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava