Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR istiqrazları ilə təkrar bazar əməliyyatlarının həcmi 80 milyon dolları keçib YENİLƏNİB

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycanın fond bazarı tarixində ilk dəfə olaraq qiymətli kağızlarla təkrar bazardakı əməliyyatların həcmi buraxılışın 80 faizindən yüksək olub. İyunun 9-da Bakı Fond Birjasında SOCAR istiqrazları ilə təkrar bazar əməliyyatlarının həcmi 80 milyon dolları keçib. Hazırda Azərbaycanın qiymətli kağızlar bazarında təqribən 10 bank və şirkətin korporativ istiqrazı dövr edir. Ötən ilin sentyabrında 100 milyon dollarlıq həcmdə buraxılan SOCAR istiqrazları bunlardan hələlik sonuncusudur. Amma digər qiymətli kağızlardan fərqli olaraq təkrar bazarda SOCAR istiqrazlarına tələbat daha yüksək olub. Cəmi 8 ay ərzində (istiqrazların təkrar bazarı 2016-cı ilin oktyabrında başlanıb) Bakı Fond Birjasında 80 min 592 ədəd İstiqraz alınıb-satılıb, əməliyyatların ümumi məbləği 81,2 milyon dollara çatıb.

Hazırda bazarda bir sıra iri bankların, kredit və rabitə şirkətlərinin istiqrazları dövriyyədə olsa da, onlarla əməliyyatların həcmi olduqca aşağıdır. SOCAR istiqrazları isə şirkətlər və əhali tərəfindən ən çox alınıb-satılan qiymətli kağız sayılır. Xüsusilə əhali uzun müddətdən bəri ilk dəfə olaraq kütləvi şəkildə qiymətli kağızlar bazarına meyillənərək istiqraz alır.

                      İstiqrazları niyə alırlar?

Fond bazarı üzrə ekspert Cəfər İbrahimli bildirir ki, SOCAR istiqrazlarının belə aktiv alınıb-satılmasının əsas səbəbi onların etibarlı və likvid olmasıdır. Onun sözlərinə görə, investorları cəlb edən əsas cəhətlər SOCAR-ın etibarlılığı - böyük aktivlərə sahib olması, şirkətdə korporativ idarəetmənin tətbiqi, hesabatlarının şəffaflığı və beynəlxalq maliyyə standartlarına uyğunluğudur.

Məhz buna görə, daxili bazar üçün buraxılmasına baxmayaraq, istiqrazların alıcıları arasında xaricilər də var. İstiqrazların marketmeykeri “PSG Kapital” şirkəti bildirir ki, bunlar Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna və Qazaxıstan vətəndaşlarıdır.

“Təkrar bazarda SOCAR İstiqrazları ilə əməliyyatların həcminin böyük olması ilə yanaşı, alış-satışların cari qiymətlərdən daha yüksək qiymətlə aparılması da diqqəti çəkir. Bu da istiqrazlara real tələbatın yüksək olmasının göstəricisidir”, - deyə ekspert bildirib.

Xatırladaq ki, SOCAR istiqrazları 5 illik müddətə və illik 5 faiz gəlirliliklə buraxılıb. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. Yanvarın 17-si və aprelin 17-si tarixlərində həyata keçirilən faiz ödənişləri çərçivəsində istiqraz sahiblərinə hər istiqraz üçün 25 dollar olmaqla, ümumilikdə 2,5 milyon dollar vəsait ödənilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.

                   SOCAR yeni istiqrazlar buraxmalıdır

İstiqrazlara tələbatın böyüklüyünü onların qiymətinin yüksək olması da təsdiqləyir. Belə ki, SOCAR istiqrazlarının nominal qiyməti 1000 dollar olsa da, hazırda bazarda bu qiymətə istiqraz demək olar ki, satılmır. Əvvəlki aylarda faiz ödənişlərindən dərhal sonra qısa müddət (1-3 gün) ərzində istiqrazları 1000 dollara əldə etmək mümkün olduğu halda, indi qiymətlər daha yüksəkdir. Hətta kupon ödənişindən dərhal sonra da 1000 dollara istiqraz tapmaq mümkün deyil - qiymətlər 1003-1004 dollardan başlayır. Amma hətta bu qiymətlərlə də istiqraz alanlar, onu satmaq istəyənlərdən qat-qat çoxdur.

İstiqrazlara tələbatın yüksək olması isə yeni istiqrazların buraxılmasına ehtiyac yaradır: “Əgər istiqrazlara tələbat böyükdürsə və onların qiyməti yüksəkdirsə, şirkət tələbatı qarşılamaq üçün yeni istiqrazlar buraxmalıdır”.

Cəfər İbrahimli bildirir ki, bu üsulla SOCAR həm bazardakı tələbatı qarşılaya, həm də əlavə vəsaitlər cəlb edə bilər: “Yeni istiqrazların da elə bu parametrlərlə buraxılması məqsədəuyğun olardı”.

               Manatla istiqrazlar da aktualdır

Ekspertin fikrincə, SOCAR öz investisiyalarının istiqamətini nəzərə alaraq, növbəti istiqrazlarını fərqli valyutalarda buraxa bilər: “Əgər vəsaitlərin böyük hissəsi daxili bazarda istifadə olunacaqsa, ən uyğun variant manatla qısamüddətli - birillik istiqrazların buraxılması ola bilər. Amma onların cəlbedici olması üçün manatla istiqrazların gəlirliliyi Maliyyə Nazirliyinin istiqrazları və manatla qoyulan bank əmanətləri ilə rəqabət apara biləcək səviyyədə olmalıdır”.

               İstiqrazlar fond bazarını canlandırıb

SOCAR İstiqrazlarına belə böyük tələbat və alqı-satqıların artımı ölkənin qiymətli kağızlar bazarının dərinliyini və aktivliyini artırıb. Belə ki, bu ilin ilk 5 ayında Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 3,3 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə artıqdır. Yanvar-may aylarında korporativ istiqrazlarla təkrar bazarda aparılan əməliyyatların həcmi 93,7 milyon manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 dəfə artıqdır. İstiqrazlarla aparılan əməliyyatların sayı isə 21 dəfə artaraq 409-a çatıb. Bu əməliyyatların da böyük hissəsi məhz SOCAR istiqrazlarının payına düşüb. Belə ki, bu dövrdə SOCAR istiqrazları ilə 45,6 milyon dollarlıq əməliyyat aparılıb.

Mütəxəssislərin fikrincə, yeni istiqraz buraxılışları bazardakı aktivliyi davam etdirməyə, eləcə də qiymətli kağızlar sektoruna sərmayələri artırmağa imkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB