SOMDA-nın regional idarələrinin hərbi qulluqçuları qanvermə aksiyasında iştirak edib
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə talassemiya xəstələrinə yardım məqsədilə keçirilən könüllü qanvermə aksiyasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) Siyəzən regional idarəsinin hərbi qulluqçuları iştirak ediblər.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, keçirilən aksiya çərçivəsində donorlar əvvəlcə xüsusi tibb briqadasına daxil olan həkim-hematoloqların nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirakı təmin olunub.
Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım etmək məqsədilə istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:04]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]