Son beş ildə Türkiyədə 8650 PKK terrorçusu zərərsizləşdirilib
İstanbul, 22 avqust, AZƏRTAC
Son beş ildə Türkiyə ərazisində reallaşdırılan antiterror əməliyyatları nəticəsində 8650 PKK terrorçusu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, zərərsizləşdirilən terrorçuların sayı 2016-cı ildə 3560, ötən il 1250, bu il isə 506 nəfər təşkil edib. Onlardan 4107-i öldürülüb, 2762-si isə sağ ələ keçirilib. Könüllü təslim olan terrorçuların sayı isə 1781 nəfərdir.
Türkiyədə PKK terror təşkilatına qarşı 2016-cı ildən indiyədək 394 min 535, bu il isə 67 min 985 əməliyyat keçirilib. Son beş il ərzində saxlanılan 75 min 453 şübhəlidən 19 min 18-i həbs edilib.
PKK-ya vurulan sarsıdıcı zərbələr nəticəsində bu il ilk dəfə olaraq ölkə daxilindəki terrorçuların sayı 410-420 nəfərə düşüb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]