Son gündə Özbəkistanda koronavirusdan 7 xəstə dünyasını dəyişib
Daşkənd, 25 avqust, АZƏRTAC
Son 24 saat ərzində Özbəkistanda COVID-19 koronavirusuna 560 nəfər yoluxub və belə xəstələrin sayı 39 min 506 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada virusdan 7 nəfər vəfat edib və ölənlərin sayı 282 nəfərə çatıb.
Ölkənin xəstəxanalarında 3 min 673 pasiyent olduğu bildirilir, onların 282-nin vəziyyəti ağır, 132-nin isə kritikdir.
Məlumatda qeyd edilir ki, koronavirus infeksiyası ilə mübarizədə özbək həkimlərinə yardım etmək üçün Rusiyadan Daşkəndə bir qrup mütəxəssis gəlib. Onların arasında epidemioloqlar, virusoloqlar, infeksionistlər var. Həkimlər Daşkənd şəhərində, Səmərqənd və Cizzax vilayətlərində epidemioloji vəziyyətlə tanış olacaq, özbək həmkarlarına nəzəri və praktik yardım edəcəklər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]