Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son hadisələr beynəlxalq vasitəçilərə status-kvonun saxlanmasının çox təhlükəli olduğunu xatırlatmalıdır

Son hadisələr beynəlxalq vasitəçilərə status-kvonun saxlanmasının çox təhlükəli olduğunu xatırlatmalıdır

Bakı, 22 iyul, AZƏRTAC

Milli Məclisin deputatı Azay Quliyev Berlin TV-yə müsahibəsində Ermənistanın Azərbaycan-Ermənistan sərhədində, Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı sualları cavablandırıb.

AZƏRTAC xəbər verir ki, A.Quliyev ermənilərin bu hərbi təxribatlarının səbəblərini qeyd edib. O deyib ki, əvvəla, Ermənistan hər cür vasitədən istifadə edərək sülh danışıqlarına mane olmağa və yeni münaqişə ocağı yaratmağa çalışaraq status-kvonu qorumaq üçün vəziyyəti daha da mürəkkəbləşdirməyə cəhd edir. Çünki münaqişə zonası olan işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən yüzlərlə kilometr uzaqlıqda yerləşən Tovuz bölgəsinə hücum üçün heç bir əsaslı səbəb tapmaq mümkün deyil. İkincisi, Ermənistan bu təxribatı törətməklə açıq şəkildə qitələrarası təbii qaz və neft boru kəmərləri və digər strateji iqtisadi infrastrukturları təhdid etmək məqsədi güdürdü. Ermənistanın Tovuz bölgəsini hədəfə almasının məqsədi bölgəyə və oradakı strateji yüksəkliklərə nəzarəti ələ keçirmək və beləliklə, bu regiondan keçən nəqliyyat və enerji dəhlizlərinin funksionallığına təhdid yaratmaq idi. Ermənistan bu əsassız hərbi əməliyyatları başlatmaqla həm də Rusiyanın aparıcı qüvvə olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını məsələyə cəlb etmək istədi. Bu təşkilatın rasional yanaşması sayəsində Ermənistan müttəfiqləri tərəfindən heç bir dəstək tapmadı.

Deputat bildirib ki, baş nazir Nikol Paşinyan Ermənistandakı dərin sosial-iqtisadi və siyasi böhran səbəbindən çox çətin günlərini yaşayır. Ermənistandakı inqilabi diktaturanın verdiyi vədlərin heç biri gerçəkləşmədi və xalq indiki hakimiyyətdən çox narazıdır. Yaratdıqları diktatura rejimini xilas etmək üçün Paşinyan hökuməti siyasi rəqiblərinə və parlament üzvlərinə qarşı konstitusiyaya zidd və repressiv üsullar tətbiq edir, qanunsuz cinayət təqibləri və kütləvi həbslər həyata keçirərək dövlət hakimiyyətinin hər 3 qolunu mənimsəyib. Buna görə də Paşinyanın Ermənistan xalqının diqqətini ciddi daxili problemlərdən yayındırmaq üçün bu hərbi əməliyyatları başladaraq insanları "xarici düşmənə qarşı" mübarizə ətrafında birləşdirməyə çalışması ehtimalı kifayət qədər realdır. Bundan başqa, Ermənistan bu təxribatla Azərbaycanın BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılmasına dair təşəbbüsünü açıq-aşkar şəkildə sarsıtmaq məqsədini güdürdü.

Beləliklə, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 pandemiyası ilə əlaqədar qlobal atəşkəs çağırışını dəstəkləyən bəyanatları siyasi riyakarlıqdan başqa bir şey deyil.

Azay Quliyev qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsinin birinci səbəbi Ermənistanın indiyə kimi cəzasız qalmasıdır. Hamıya məlumdur ki, Ermənistan beynəlxalq aləm tərəfindən təcavüzkar və işğalçı ölkə kimi tanınıb. BMT TŞ-nin erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, bu ölkə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT TŞ-nin qətnamələri hüquqi baxımdan məcburidir və onların icrası hər bir dövlətin öhdəliyidir, amma Ermənistan 27 ildir ki, bu 4 qətnamənin tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb olunmayıb. Beynəlxalq təcrübəyə və BMT Nizamnaməsinin müvafiq müddəalarına görə, hər hansı bir üzv ölkə TŞ-nin qətnamələrinə hörmət etmirsə, bu ölkə mütləq məsuliyyət daşımalıdır.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin aşkar uğursuzluğunun səbəblərinə gəldikdə isə, həmsədr ölkələr - ABŞ, Fransa və Rusiya Minsk qrupunun həmsədrləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq qətnamələrin icrasını təmin etməyiblər. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü kimi onlar bu qətnamələrin qəbuluna səs veriblər və ona görə də bu qətnamələrin icrasını təmin etməli idilər. Cəmiyyətimiz hələ də ATƏT-in Minsk qrupunun həmsədrlərindən təcavüzkarla təcavüzə məruz qalan tərəfin ədalətli şəkildə fərqləndirəcəklərini gözləyir. Təəssüf ki, biz bunu görmürük. Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasəti ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən birmənalı şəkildə və qətiyyətlə pislənməlidir ki, işğalçı ölkəyə dəqiq mesaj verilmiş olsun. Bunu etməklə Minsk qrupu Ermənistana açıq mesaj göndərər ki, beynəlxalq ictimaiyyət bu ölkənin işğalçılıq və təcavüzkar siyasəti ilə barışmaq fikri yoxdur. Azərbaycan cəmiyyətinə ATƏT-in Minsk qrupuna qarşı bir qəzəb və məyusluq hissi var. Son eskalasiya beynəlxalq vasitəçilərə status-kvonun saxlanmasının nəinki yolverilməz, həm də çox təhlükəli olduğunu xatırlatmalıdır. Vasitəçilər münaqişənin beynəlxalq hüququn prinsip və normaları əsasında tezliklə həllinə nail olmalıdır. Hamı bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına alternativ yoxdur. Bu məsələ müzakirə oluna bilməz. İşğal olunmuş Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonu zorla tərk etməli olmuş bir milyondan çox məcburi köçkün ləyaqətli şəkildə öz doğma yerlərinə qayıtmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib