Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 1657-yə çatıb
Daşkənd, 21 aprel, AZƏRTAC
Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı son 24 saat ərzində 92 nəfər artıb və 1657-yə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək 261 nəfər sağalıb, 5 xəstə dünyasını dəyişib.
Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkədə karantin rejimi aprelin 20-dən mayın 10-dək uzadılıb.
Xatırladırıq ki, aprelin 1-dən Özbəkistanda karantin rejiminin tətbiqinə başlanılıb.
Hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min adam var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]