Son sutka ərzində Qırğızıstanda koronavirusa 78 nəfər yoluxub
Bişkek, 14 iyun, AZƏRTAC
Son 24 saat ərzində Qırğızıstanda koronavirusa 78 nəfər yoluxub. Ölkədə virusa yoluxanların sayı isə 2285 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində Bişkekdə 50, Çuy vilayətində 13, Cəlalabad və Talasda hər birində 5, Narında 3, İssık-Kulda 2 nəfər koronavirusa yoluxub.
Məlumatda bildirilir ki, son sutkada 69 xəstə sağalaraq evə buraxılıb.
Bu gün səhər saatlarında Moskva-Bişkek reysi ilə ölkəyə 437 Qırğızıstan vətəndaşı gətirilib və onlar karantinə yerləşdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]