Son sutkada Misirdə 91 nəfər COVID-19-un qurbanı olub
Qahirə, 15 iyun, AZƏRTAC
Son sutkada Misirdə yeni növ koronavirusdan rekord sayda - 91nəfər vəfat edib. Beləliklə, bu ölkədə COVID-19 qurbanlarının sayı 1575 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi iyunun 14-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində daha 1618 yoluxma qeydə alınıb, COVID-19 virusuna yoluxanların ümumi sayı isə 44 598 nəfərə çatıb. O əlavə edib ki, indiyədək karantin xəstəxanalarında müalicə olunan 11 931 nəfər sağalıb.
İyunun 14-dən etibarən karantin rejimini yumşaldan, habelə daxili uçuşları və yerli turizmi bərpa edən Misir hökuməti əhalini sosial məsafə qaydalarına riayət etməyə və tibbi maska taxmağa çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [21:37]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [20:39]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:09]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [18:52]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:49]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [17:43]