Son sutkada Özbəkistanda koronavirusdan 8 nəfər ölüb
Daşkənd, 24 avqust, AZƏRTAC
Son gündə Özbəkistanda COVID-19 koronavirusuna 248 nəfər yoluxub və pandemiya dövründə viruslu xəstələrin sayı 38 min 946 nəfərə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saatda virusdan 8 nəfər ölüb və dünyasını dəyişənlərin sayı 275 nəfər olub.
Qeyd edilir ki, xəstəxanalarda 3 min 686 xəstə var, onların 249-nun vəziyyəti ağır, 129-nun isə çox ağırdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]