Sorğu: Ukrayna əhalisinin 85 faizi prezident seçkilərində səsvermədə iştirak edəcək
Kiyev, 28 mart, AZƏRTAC
Ukrayna əhalisinin böyük əksəriyyəti prezident seçkilərində səsvermədə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, İlka Kuçeriva adına “Demokratik təşəbbüslər” Fondu ilə Kiyev Beynəlxalq Sosioloji İnstitutun birgə apardığı sorğuya əsasən, əhalinin 85 faizi səsvermədə iştirak edəcəyini açıqlayıblar.
Əhalinin 60 yaşdan yuxarı olan təbəqəsi daha çox səsvermədə iştirak edəcəyini bildiriblər. Səsvermədə iştirakla bağlı ən passiv yaş həddi isə 30 yaşa qədər insanlar olub. Ukraynanın qərb bölgəsi səsvermədə ən fəal, şərq bölgəsi isə ən passiv olub. Səsvermədə iştirak edənlərin 24 faizi hələ namizədini dəqiqləşdirmədiyini açıqlayıblar.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Rəy sorğularında ikinci tura hazırkı prezident Petro Poroşenko, şoumen Vladimir Zelenski və Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenkonun şansları daha yüksək qiymətləndirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]