“Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik ediləcək
Bakı, 27 aprel, AZƏRTAC
“Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik ediləcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin aprelin 27-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihə “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin qəbul edilməsi ilə əlaqədar uyğunlaşdırma çərçivəsində hazırlanıb.
Qanun layihəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərdən irəli gələrək, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə aylıq, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün birdəfəlik müavinətlər, habelə onların təyin olunma şərtləri, müddəti, qaydaları, həmçinin dayandırmasına əsas olan hallar müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]