Sosial şəbəkələrdə narkotik vasitə təbliğ edən 16 yaşlı yeniyetməyə xəbərdarlıq edilib
Bakı, 19 noyabr, AZƏRTAC
Bir neçə gün əvvəl “TikTok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində müəyyənləşdirilib.
O, valideynləri ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, ona və valideynlərinə narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə xəbərdarlıq edilib.
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonu səhifəsindən silib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]