SOSİAL SIĞORTA ŞƏHADƏTNAMƏLƏRİ TƏQDİM OLUNMUŞDUR
Mərasimdə Respublika Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Məsud Məmmədov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş pensiya islahatları konsepsiyasının həyata keçirilməsi nəticəsində qazanılan uğurlardan, habelə bu sahədə əldə olunmuş nailiyyətlərdən danışmışdır. Qeyd olunmuşdur ki, rayonda fiziki və hüquqi şəxslərin məlumatları hazırlanmış, 5 min 300 nəfərə sosial sığorta şəhadətnaməsi verilməsi üçün lazımi işlər görülmüşdür. Mülkiyyətində yararlı torpaq sahəsi olan 14 min nəfərə yaxın adamın fərdi məlumatları toplanaraq qruplaşdırılmışdır.
Sonda rayon icra hakimiyyəti aparatı işçilərinə sosial sığorta şəhadətnamələri təqdim olunmuş, ilk dövlət qulluqçusu kimi pensiyaya çıxan dövlət sosial müdafiə fondu Gədəbəy rayon şöbəsinin əməkdaşı Qara Allahverdiyevə xatirə hədiyyəsi verilmişdir.