Soyqırımı qurbanlarının ruhuna dualar oxumuşdur
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də “Qafqaz Media” İctimai Birliyinin üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.
AZƏRTAC xəbər verir ki, ziyarətçilər məzarlığa tər güllər düzmüş, soyqırımı qurbanlarının ruhuna dualar oxumuşlar.
İctimai Birliyin sədri Azadə Hüseynova və digər çıxış edənlər 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətlərini xatırlatmış, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri vəhşiliklərin ifşa edilməsi istiqamətində Prezident İlham Əliyevin gördüyü genişmiqyaslı işlərdən danışmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]