Azərbaycan Dövlət İnformasiya Agentliyi

Startapçı: Şirkətlər arasında əlaqələri sadələşdirən rəqəmsal biznes kartları martda bazara daxil olacaq

Startapçı: Şirkətlər arasında əlaqələri sadələşdirən rəqəmsal biznes kartları martda bazara daxil olacaq

Bakı, 29 fevral, AZƏRTAC

Hazırda iqtisadi layihələrin icrası üçün böyük maliyyə vəsaiti və ya digər hər hansı bir böyük dəstəyə (məkan, biznes alətləri və sair) ehtiyac olmur. Belə ki, proqram və texnologiyaya, iqtisadiyyatda innovativliyə əsaslanan bir sıra bu tip layihələri startap adlandırırlar. İlk dəfə ABŞ-da tətbiq olunan startap layihələrinin əhatə dairəsi getdikcə genişlənir. Azərbaycanda da bu layihələrə maraq artmaqda davam edir. Ölkəmizdə də startapçılara qurumlar, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dövlət dəstəyi göstərir. KOBİA-nın sahibkarlara təqdim etdiyi “Startap” şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

“Startap” şəhadətnaməsi almış sahibkarlardan biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müəllimi, AzMİU-nun İnnovativ biznes inkubatoru mütəxəssisi, Radiasiya problemləri İnstitutunun nüvə kimyası ixtisası üzrə fəlsəfə doktoru Ramin Əkbərovdur.

AZƏRTAC-a müsahibəsi zamanı “Bucard” startapının təsisçisi Ramin Əkbərov fəaliyyətinin son 6 ilində 3 startap yaratdığını bildirib.

İndiyədək 200-dən çox tələbəyə və məktəbliyə startap üzrə təlimlər keçdiyini diqqətə çatdıran Ramin Əkbərov hazırda da mentorluq fəaliyyətini davam etdirdiyini vurğulayıb.

“Təsis etdiyim startaplarla bir sıra beynəlxalq proqramlara qoşulmuşam. Bizim startap komandamız 2022-ci ildə Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən “Take Off Baku Startup Summit”in finalçısı olub. Seçilmiş 6 startapdan biri bizə məxsus idi. Türkiyə ekosistemində sürətləndirmə proqramı qazanmışıq. Hazırda üzərində işlədiyimiz “Bucard” startapı ilə bazara daxil oluruq. “Bucard” startapı əlaqələrin optimal menecmentini təmin edən bir platformadır”, - deyə startapçı qeyd edib.

Yaratdığı rəqəmsal biznes şəbəkəsi platforması (www.bucard.az) barədə məlumat verən R.Əkbərov bildirib ki, bu layihəyə başlamaq üçün tələb olunan əsas resurs insan kapıtalı olub. Təxminən 1,5 il ərzində hazırlanan layihə peşəkar əlaqələrini inkişaf etdirmək istəyən sahibkarlar üçün nəzərdə tutulur. Avanqard rəqəmsal biznes kart platforması olan “Bucard” biznes şəbəkəsi və peşəkar münasibətlərin idarə edilməsi sahəsində transformasiyaedici və innovativ qüvvə kimi ərsəyə gətirilib. Platforma istifadəçiləri rəqəmsal biznes kartları tərtib etmək, profilləri əlavə məlumatlarla artırmaq, məhsul və xidmətləri nümayiş etdirmək, vahid və sadələşdirilmiş platforma daxilində potensial biznes sözlərinə görə perspektivlərini araşdırmaq üçün münasib alətlərlə təchiz edir.

Startapçı sahibkarın sözlərinə görə, bu platforma biznes mühitində şirkətlər arasında qarşılıqlı əlaqələri sadələşdirir, iş adamlarına biznes əlaqələrinin sadələşdirilməsi üçün ən müasir həll olan rəqəmsal biznes kartları təqdim edir: “Bucard” fərdiləşdirməni təmin etməklə yanaşı, məlumatların paylaşılmasını da asanlaşdırır. Bu sistem QR kod, NFC və unikal axtarış sistemi vasitəsilə istifadəçilər arasında çox sadə məlumatların paylaşılması imkanı yaradır, müxtəlif kateqoriyalar üzrə məlumatları daxil etməklə hərtərəfli profil təqdim etmək səlahiyyəti verir. Platforma açar sözlər və ya müəyyən meyarlar əsasında müvafiq əlaqələrin qurulmasını sürətləndirir, əlçatan məkan daxilində bütün biznes əlaqələrini birləşdirir”.

Startapçı əlavə edib ki, çoxşaxəli platformada istifadəçilər məhsul və xidmət kataloqlarını təqdim etməklə yanaşı, videotəqdimatlar edə, iş və xidmətlərini nümayiş etdirə, biznes yerlərini xəritədə qeyd etməyə imkan verən portfel funksiyasını inteqrasiya edə bilərlər. Virtual olaraq kataloqlaşdırıla bilən bu kartlar adi biznes kartlarını qat-qat üstələyirlər. Onun sözlərinə görə, “Bucard”ın üstün cəhəti onun həm də reklam etmək imkanı verən funksionallığıdır. “Şəxsi” və “Biznes” paketlərinə abunə olan istifadəçilər məhsul və xidmətlərini “Bucard” istifadəçilərinə nümayiş etdirməklə bazar imkanlarını genişləndirə və bununla da bazarda nüfuzlarını artıra bilərlər. Bu, istifadəçilərə potensial müştərilərlə əlaqə yaratmağa və platforma vasitəsilə satışlarını artırmağa imkan verir.

R.Əkbərov həmçinin bildirib ki, hazırda 100-dən çox aktiv istifadəçi bazasına malik olan platforma ilə bağlı aparılan işlər bitmək mərhələsindədir, yaxın zamanlarda tam funksionallığı ilə istifadəyə veriləcək.

“Biz hal hazırda böyük bir komanda ilə çalışırıq. Burada müxtəlif universitetlərin təcrübəçiləri var və uzun illərdir öz sahəsi üzrə fəaliyyət göstərən peşəkar mütəxəssisləri tərəfindən icra olunur. Eyni zamanda, bizə əlavə dəstək komandası da mövcuddur. Ötən ilin oktyabr ayında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 4-cü qrant müsabiqəsi keçirdi. Bizim startapımız bu müsabiqənin qalibi oldu. Hazırda startapımızla bazara daxil olmağa hazırlaşırıq. Startapımızın qlobal hədəfi var. Amma öncə hər bir startap kimi biz də ölkə daxilində başlamalıyıq. Müəyyən bir düzəlişlərimizi etdikdən, inkişaf etdikdən sonra təbii ki, biz dünya bazarına çıxmağı nəzərdə tutmuşuq. Bunun üçün ilkin danışıqlar da aparmışıq. Ümidvarıq ki, ilin sonuna qədər artıq xarici bazarda “Bucard” brendini xarici ölkə vətəndaşları da görə biləcək”, - deyə Ramin Əkbərov vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH