“STATOYL” ŞİRKƏTİ ARDNŞ-LƏ BİRGƏ FƏALİYYƏTİNİ UĞURLA DAVAM ETDİRİR
R.Abdullayev builki sərgi-konfransın əlamətdar hadisələrlə zəngin olduğunu və Azərbaycanda baş verən böyük dəyişiklikləri əks etdirdiyini bildirdi. O, görülən işlərdə ARDNŞ-in əsas tərəfdaşlarından olan “Statoyl” şirkətinin rolunu qeyd etdi.
Peter Melbi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin işə düşməsi münasibətilə Azərbaycan xalqını təbrik edərək, bu layihənin gerçəkləşməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin şahidi olduğunu söylədi. Daha sonra “Statoyl” şirkətinin vitse-prezidenti başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini ARDNŞ rəhbərliyinə təqdim edən P.Melbi, “Şahdəniz” layihəsində işlərin gedişi ilə maraqlanıdı. ARDNŞ prezidenti Rövnəq Abdullayev layihənin ikinci fazası üzrə hazırlanmış proqram barədə qonaqlara ətraflı məlumat verdi.
Tərəflər belə bir fikirlə razılaşdılar ki, Avropada baş verən dəyişikliklər “Şahdəniz” layihəsinin perspektivləri baxımından əlverişli imkanlar açır. Avropa bazarı bu gün hər şeydən öncə öz təhlükəsizliyi qayğısına qaldığı üçün Azərbaycan qazının bu bazara daxil olması imkanları daha da genişlənir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparıldı.