Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Strasburq, 1 mart, AZƏRTAC

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Strasburqda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirib.

Anım mərasimində Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, Strasburq Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Elzas regionunda yaşayan soydaşlarımız iştirak edib.

Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi E. Eyyubov insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, onun Azərbaycan tarixinin, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən ağrılı səhifələrindən bir olduğunu diqqətə çatdırıb. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal nəticəsində 1 milyondan artıq azərbaycanlının doğma yurdundan didərgin salındığını diqqətə çatdırıb. O, Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi kütləvi qırğın nəticəsində 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini, 1275 nəfərin girov götürüldüyünü, 150 insanın isə itkin düşdüyünü qeyd edib.

“Bugünkü anım mərasimində iştirakımızla qətliamın qurbanlarının xatirələrini dərin ehtiramla yad edir, onların ailələri və yaxınları ilə həmrəyliyimizi nümayiş etdiririk. Əlbəttə ki, heç bir şey onların yaşadıqları itkilərlə, məruz qaldıqları iztirablarla müqayisə edilə bilməz”, - deyə E.Eyyubov vurğulayıb.

Dünya ictimaiyyətini Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının əhəmiyyətini xüsusi vurğulayan E. Eyyubov bu kampaniya sayəsində Xocalı soyqırımının dünyanın bir çox ölkələri tərəfindən soyqırımı cinayəti kimi tanındığını qeyd edib. Bildirib ki, Xocalı soyqırımından 26 il ötməsinə baxmayaraq, onun ağrı-acıları yaddaşlardadır: “Azərbaycan xalqı bu tarixi, nifrət və barbarlığın qurbanı olan ailələrin iztirablarını heç vaxt unutmayacaq. Çünki bizim yaddaş borcumuz var. Təəssüf ki, bu soyqırımı törədənlər hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar. Xocalı sakinləri ədalətin bərqərar olmasını və bu qətliamı törədənlərin cəzalandırılmasını tələb edirlər. Əks təqdirdə, cəzasızlıq və susqunluq yeni insani faciələrin baş verməsinə gətirib çıxaracaq”.

Sonra fransız yazıçısı Jerar Kardon çıxış edərək Xocalı soyqırımının Dağlıq Qarabağ münaqişəsinin acı nəticəsi olduğunu bildirib. Sovet İttifaqının dağılmasından istifadə edərək “Böyük Ermənistan” qurmaq xülyasına düşən Ermənistanın torpaqlarımızı işğal etməyə başladığını vurğulayan J.Kardon Xocalıda yaşananları Srebrenitsa ilə müqayisə edib və onu Xocalı qətliamının təkrarı olduğunu diqqətə çatdırıb.

BMT-nin, Avropa Şurasının üzvü olan Ermənistanın digər bir üzv dövlətin - Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyini nəzərə çatdıran fransız yazıçısı ermənilər tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycana aid tarixi-dini abidələrin, qəbirlərin məhv edildiyindən danışıb və onların məqsədinin insanları da öz mədəniyyətləri kimi məhv etmək olduğunu bildirib.

J.Kardon Azərbaycana son səfəri zamanı Füzuli rayonuna baş çəkməsindən və nənəsi ilə həyətdə oynayarkən Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmi ilə qətlə yetirilən 2 yaşlı Zəhranın məzarını ziyarət etməsindən söhbət açıb. “Onun məzarını görərkən məndə qəribə bir qəzəb və ikrah hissi yarandı. Məzarı üstünə gül qoyarkən qatilin nə qədər şərəfsiz və vicdansız olduğunu düşündüm. Mən hələ də bu hadisədən sonra azyaşlı uşağın məzarını ziyarət etdikdən sonra öz “kiçik işləri” ilə məşğul olan beynəlxalq qurumların nümayəndələrinin münasibətini və sonrakı susqunluğunu hələ də başa düşə bilmirəm: söhbət azyaşlı bir qız uşağından gedir və deməli, bu, o qədər də önəmli məsələ deyil...”, - deyə fransız yazıçısı bildirib.

J.Kardon qeyd edib ki, BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamə, eləcə də digər beynəlxalq təşkilatların, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları indiyədək Ermənistan tərəfindən yerinə yetirilməyib. Bu gün Azərbaycan haqlı olaraq Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına riayət olunmasını tələb edir.

J.Kardon bildirib ki, Azərbaycanla tarixi əlaqələri baxımından, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa da münaqişənin həllində fəal rol oynamalıdır. Fransa Qərb ölkələrinin münaqişəyə münasibətdə qulaqbatırıcı sükutunu pozmaq üçün səsini eşitdirməlidir. Bu, siyasi və mənəvi bir xətadır.

Sonra dünya şöhrətli fotoqraf, bu qanlı hadisələrin şahidi olmuş Reza Deqati çıxış edib. Fotojurnalist kimi son 40 ildə dünyanın bütün müharibə və dəhşətlərini öz fotoaparatının yaddaşına həkk edərək onları şəkillərdə nəql etdiyini bildirən R. Deqati çıxışında ermənilər tərəfindən Xocalı sakinlərinin başına gətirilən işgəncə və müsibətlərdən, qətlə yetirilmiş insanların cəsədlərinin təhqir edilməsindən dəhşətə gəldiyini diqqətə çatdırıb.

“Bu səhnələr heç zaman mənim yaddaşımdan silinməyəcək. Bu qətliamın şahidi kimi mənim bunları çəkmək və dünyaya göstərmək kimi bir borcum var idi. Çünki hadisələrin şahidi olmaq həm də məsuliyyətli olmaq deməkdir. Mən bu məsuliyyəti dərk edərək, Azərbaycan xalqının başına gətirilən məşəqqətləri olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq istədim. Dünya bu hadisələrə biganə qalmamalıdır”, - deyə fotoqraf vurğulayıb. R.Deqati çıxışının sonunda qeyd edib ki, Xocalı qətliamından dərhal sonra Ağdam şəhərində olarkən çəkdiyi fotoşəkilləri özünün “Azərbaycan, günahsızların qətliamı” adlı kitabında toplayıb.

Anım mərasimində Xocalı soyqırımına dair Heydər Əliyev Fondu tərəfindən hazırlanmış qısametrajlı film nümayiş olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO