Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strateji sahələr bir məkanda: Bakının 2026-cı il sərgi xəritəsi

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasında 2026-cı il ölkə Prezidenti İlham Əliyev tərəfindən “Şəhərsalma və Memarlıq İli” elan olunub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkədə dayanıqlı şəhər inkişafının təşviqi, müasir memarlıq yanaşmalarının tətbiqi, innovativ texnologiyaların istifadəsi və beynəlxalq təcrübənin mənimsənilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

“Iteca Caspian”dan AZƏRTAC-a bildirilib ki, bu strateji prioritetlər fonunda, 2026-cı ildə Bakıda keçiriləcək beynəlxalq sərgilər və forumlar şəhər mühitinin inkişafı, infrastrukturun modernləşdirilməsi və müxtəlif sənaye sahələrinin qarşılıqlı əlaqəsinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İl ərzində paytaxtda kənd təsərrüfatı, qida sənayesi, enerji, logistika və nəqliyyat, müdafiə, təhlükəsizlik, tikinti və səhiyyə sahələrini əhatə edən beynəlxalq sərgilər təşkil olunacaq. Bu tədbirlər “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri tərəfindən keçiriləcək.

Tədbirlər həm yerli, həm də xarici şirkətlər, dövlət qurumları və sahə üzrə mütəxəssislər üçün əməkdaşlıq, təcrübə mübadiləsi və biznes əlaqələrinin qurulması baxımından mühüm platforma rolunu oynayacaq.

Bütün bu sərgilər müvafiq dövlət qurumlarının və sahələr üzrə məsul strukturların dəstəyi ilə təşkil olunur.

Yaz-yay mövsümü: may və iyun aylarında intensiv sərgi dövrü

2026-cı ilin sərgi mövsümü may ayında paralel keçiriləcək bir neçə irimiqyaslı beynəlxalq tədbirlə başlayacaq.

5-8 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun kənd təsərrüfatı və qida sənayesi üzrə mühüm və irimiqyaslı tədbirləri – “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi təşkil ediləcək.

Qeyd etmək lazımdır ki, bu il “Caspian Agro” sərgisi yeni brend - “Caspian Agro Week” adı ilə təşkil ediləcəkdir. Təşkilatçılar inanırlar ki, bu, sərgiyə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaqdır.

Bu sərgilər kənd təsərrüfatı, qida istehsalı, emalı və HORECA sektoru üzrə ən son texnologiya və həllərin təqdim edildiyi vahid platforma olacaq.

1–3 iyun tarixlərində isə ilin ən mühüm və ən genişmiqyaslı tədbirlərindən biri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) keçiriləcək. “Bakı Enerji Həftəsi” çərçivəsində enerji sektorunun əsas istiqamətlərini əhatə edən beynəlxalq sərgilər və forum təşkil olunacaq. Tədbir enerji təhlükəsizliyi, enerji keçidi, bərpaolunan enerji mənbələri, neft-qaz sənayesində innovasiyalar və dayanıqlı inkişaf mövzularında qlobal dialoq üçün mühüm platforma rolunu oynayır.

“Baku Energy Week” çərçivəsində aşağıdakı tədbirlər baş tutacaq:

• “Caspian Oil & Gas” – 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (1–3 iyun)

• “Caspian Power” – 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi (1–3 iyun)

• “Baku Energy Forum” – 31-ci Bakı Enerji Forumu (1–2 iyun)

“Bakı Enerji Həftəsi” ilə eyni tarixlərdə - 1-3 iyunda, “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək. 3 iyun tarixində isə bu sərgi çərçivəsində “TransLogistica Forum” təşkil olunacaq. Forum beynəlxalq daşımalar, tranzit marşrutları və logistika həlləri ilə bağlı aktual məsələlərin müzakirə edildiyi peşəkar platforma rolunu oynayacaq.

Payız mövsümü: strateji əhəmiyyətli sərgilər

Regionun müdafiə sənayesi üzrə ən mötəbər və ən əhəmiyyətli platformalarından hesab olunan, eləcə də Azərbaycanın müdafiə-sənaye kompleksinin gücünü və potensialını bütün dünyaya nümayiş etdirən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək. “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Təşkil edildiyi illər ərzində “ADEX” sərgisi etibarlı milli brend olmaqla yanaşı, dünyada müdafiə sənayesi sahəsində tanınan aparıcı şirkətlərin sərgi təqvimində öz önəmli yerini tutmuşdur. Sərgi çərçivəsində müdafiə texnologiyaları, hərbi sənaye, təhlükəsizlik sistemləri və digər məhsullar nümayiş etdiriləcək.

“ADEX”lə eyni tarixlərdə 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” da baş tutacaqdır.

14-16 oktyabr tarixlərində regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan “Caspian Construction Week” təşkil olunacaq. Tədbir çərçivəsində aşağıdakı sərgilər bir məkanda keçiriləcək:

• “BakuBuild” – 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi

• “Aquatherm Baku” – 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı və Santexnika Sərgisi

• “Rebuild Karabakh” – 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi

• “Plastex Caspian” – 5-ci Yubiley Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi

• “Road & Traffic” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi.

Payız mövsümü 29–31 oktyabr tarixlərində keçiriləcək “Medinex” – 28-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi ilə yekunlaşacaq.

Beynəlxalq sərgilər Azərbaycanda biznes turizminin inkişafında mühüm rol oynayır, eləcə də ölkəyə innovativ texnologiyalar və investisiyalar cəlb edərək, yeni imkanlar üçün mühüm platforma rolunu oynayır.

Çoxsaylı işgüzar qonaqların ölkəyə gəlməsi bütün xidmət sahələrinin — otellərin, restoranların, nəqliyyat şirkətlərinin və digər xidmət müəssisələrinin ən yüksək səviyyədə koordinasiyalı fəaliyyətini tələb edir. Bununla da sərgilər multiplikator effekti yaradır, işgüzar fəallığı stimullaşdırır, qonaqpərvərlik və nəqliyyat sektorunun inkişafına töhfə verir və, təbii ki, ölkənin investisiya cəlbediciliyini daha da möhkəmləndirir.

Beləliklə, “Iteca Caspian” və “Caspian Event Organisers” tərəfindən təşkil olunan sərgilər Bakını müxtəlif sənaye sahələri üzrə beynəlxalq dialoq, texnologiya mübadiləsi və biznes əməkdaşlıqları üçün əsas mərkəzlərdən birinə çevirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir – ŞƏRH

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası Füzulidə start götürəcək

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Culfada qoşqulu yük avtomobilində yanğın baş verib VİDEO

Qırmızı Bazar qəsəbəsində mina təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

“Azərkosmos”un mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

NİİM sürücülərə çağırış etdi: Avtobus zolaqlarına qəfil daxil olmayın VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları Yunanıstan və Ermənistana qarşı

Metronun “28 May”-“Nizami” sahəsində tunel işləri planlı şəkildə davam etdirilir

Vəkillər Kollegiyasının sədri “LEGIS” proqramının qalibinə mentorluq edəcək

Azərbaycan və Çexiya arasında Qarışıq Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı

Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 19,8 faiz artıb

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

İqtisadçı: Proqramın mühüm nəticələri yalnız dağ-mədən sektoruna deyil, qeyri-neft sektoruna da müsbət töhfələr verəcək

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Şəkərli diabet xəstələrinin nəzərinə: Meyvə qurusu, yoxsa təzə meyvə? VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Neftin ucuzlaşması davam edir VİDEO

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi vakansiya elan edib

Şəhid övladının uğuru: Oruc İbrahimov “Eynşteyn vizası” alıb

Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək VİDEO

Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq

“ABAD”ın yaradılmasından 10 il ötür

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Bakı metropoliteni əlavə sərnişin axınını qarşılamağa hazırdır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır VİDEO

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib