Stronqmen üzrə Azərbaycan çempionatı keçiriləcək
Bakı, 25 avqust, AZƏRTAC
Sentyabrın 12-13-də Bakı Su İdmanı Sarayının ərazisində stronqmen üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Stronqmen Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçiriləcək yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçəcək. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçüləcək, xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunacaq. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada təşkil olunacaq.
Üç hərəkət və 4 çəki dərəcəsi - 80, 95, 110 kiloqram və 110 kiloqramdan yuxarı təşkil olunacaq ölkə birinciliyinin baş hakimi beynəlxalq dərəcəli hakim Eldar Məmmədov olacaq.
Qaliblər ASF tərəfindən medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]