SUALTI BORU KƏMƏRLƏRİNİN ÇƏKİLİŞİNƏ BAŞLANMIŞDIR
“Mərkəzi Azəri” layihəsi üzrə sualtı boru kəmərlərinin çəkilişinə başlanmışdır. Kəmərlərin inşasını MakDermott Kaspian Kontraktorz şirkəti həyata keçirir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin içtimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, modernləşdirilmiş “İsrafil Hüseynov” borudüzən gəmisinin köməyi ilə “Mərkəzi Azəri” platformasından Səngəçal terminalınadək 30 düyümlük neft və 28 düyümlük qaz kəmərlərindən əlavə, müxtəlif ölçüdə yataqdaxili və yataqlararası qaz, neft, lay suları və suvurma kəmərləri çəkiləcəkdir. Bu kəmərin uzunluğu 600 kilometr olacaqdır. Borudüzmə işlərində Dövlət Neft Şirkəti, “Xəzərdəniznefetdonanma” İdarəsi və digər qurumlar iştirak edəcəklər. Sualtı kəmərlərin sahilə çıxan hissələri bu ilin yayında, “Mərkəzi Azəri”yədək əsas ana xətlər isə gələn ilin yazınadək çəkiləcəkdir. “Mərkəzi Azəri”dən ilk neftin hasilatı 2005-ci ilin I rübünə planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]